- Qərb
- 15:45
- 1 765
Kaya Kallas: Rusiyanın İranı tərifləməsi Tramp–Putin əlaqələri ilə bağlı suallar doğurur
Rusiyanın İranın ABŞ-yə qarşı mübarizəsini açıq şəkildə tərifləməsi ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışıqları ilə bağlı suallar yaradır.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə qeyd edib.
Kallas Estoniyada jurnalistlərə açıqlamasında deyib:
“Əlbəttə, Prezident Tramp və Prezident Putin arasında bu cür danışıqları gördükdə, həmişə cavabsız qalan çoxlu suallar yaranır. Xüsusilə də Rusiya İranın Amerikaya qarşı apardığı ‘qəhrəmancasına mübarizəni’ açıq şəkildə tərifləyirsə.”
Mövsüm,
AzNews.az