ABŞ-nin planına Avropadan dəstək: Litva Hürmüz missiyasına qoşula bilər!

Litva Prezidenti Gitanas Nauseda, ölkəsinin ABŞ-ın rəhbərliyi altında Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi missiyasına qoşulmasını dəstəklədiyini bəyan edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

"Biz ABŞ-dən Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə koalisiyaya qoşulmaq təklifi almışıq və mən yaxın vaxtlarda bu təklifi Dövlət Müdafiə Şurasına təqdim etmək niyyətindəyəm", — deyə Nauseda bildirib.

Bununla yanaşı, o bildirib ki, Vilnüsün boğazdakı missiyada iştirakı üçün Litva Seymindən (parlamentindən) mandat almaq zəruri olacaq.

Mövsüm,

AzNews.az