- Qərb
- 1 May 11:16
- 2 883
Reuters: Tramp İraqın yeni baş nazirini Vaşinqtona dəvət etdi
ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı İraqın yeni baş naziri Əli əl-Zeydini Vaşinqtona səfərə dəvət edib.
Reuters agentliyi bu barədə məlumat yayıb.
Tramp sosial media hesabı olan "Truth Social"-da yazıb: "İraq və ABŞ arasında güclü, dinamik və yüksək məhsuldar yeni bir münasibəti səbirsizliklə gözləyirik".
Amerika lideri həmçinin əl-Zeydini baş nazir təyin olunması münasibətilə təbrik edib.
Mövsüm,
AzNews.az