- Köhnə - Qərb Universiteti
- 4 Oktyabr 2017 10:08
- 19 300
Aktyorun səhhəti ağırlaşıb - Əməliyyat olunacaq

Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərovun səhhəti ağırlaşıb.
AzNews.az xəbər verir ki, oktyabrın 3-də aktyorun qəflətən halı pisləşib. Yusif Cəfərov Gəncə Beynəlxalq Xəstəxanasının ürək - damar cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoyub.
Yusif Cəfərov yaxın günlərdə əməliyyat olunacaq.
Bahar RÜSTƏMLİ
AzNews.az