- Köhnə - Qərb Universiteti
- 31 İyul 2019 16:56
- 5 023
Prezident kino xadimlərinə fəxri ad, medal və təqaüdlər verdi - Sərəncam

Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb
Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncama imza atıb.
Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Xalq artisti”
Əliyev Vidadi Hüseyn oğlu
Həsənov Vidadi İsmail oğlu
Quliyeva Xalidə Camal qızı
“Əməkdar incəsənət xadimi”
Azay Adil Çərkəz oğlu
“Əməkdar artist”
Əlilicanzadə Qorxmaz Məmməd oğlu
Namazov Zilli Yunus oğlu
“Əməkdar mədəniyyət işçisi”
Ağayev Nəsir İsmayıl oğlu
Dadaşova Nelli Hacı qızı
Hüseynov Nazim Fikrət oğlu
Quliyev Babək Barat oğlu
Mahmudova Zəkiyyə Güləmi qızı
Məmmədov Əli Bala Ənvər oğlu
Muxtarova Tamilla Muxtar qızı.
***
Prezident İlham Əliyev bir qrup kino xadiminə fəxri ad, medal və təqaüdlərin verilməsi barədə də sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilirlər:
Əlizadə Oqtay Mahmud oğlu
Rzayev Nazim İsrafil oğlu.
Sərəncama əsasən, Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Babayeva Zemfira Baba qızı
Sadıxova Zemfira Emin qızı.
Sərəncama əsasən, Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilirlər:
Ağayev Xanlar Ağakərim oğlu
Həsənov Mahir Məhəmməd oğlu
Hüseynov Əlisəfdər Mürsəl oğlu.