Ayını, gününü - dəqiq tarixini xatırlamıram. Ayını, gününü - dəqiq tarixini xatırlamıram.

Xisləti əy(lisli)ri olan azərbaycanlının erməni sevgisi

Ayını, gününü - dəqiq tarixini xatırlamıram.

Ancaq xatırladığım daha vacib məqamlar var. Mən bu haqda heç vaxt yazmamışdım...

Müharibənin qızğın günləri geridə qalmışdı, Qarabağdan yenicə gəlmişdik. Vəziyyət heç də ürəkaçan deyildi. Müharibənin vurduğu fəsadlar o dövrlərdə daha çox gözə görünürdü.

***

Eybəcər bir piy yığınını xatırladan uşaq vardı məhəlləmizdə. İki addım atan kimi bütün bədəni tər-suyun içində qalan, kobud görüntüsü ilə adamın ürəyini bulandıran bir uşaq.

Həmyaşıdlarımız arasında bir fikir var idi. Bu uşaq "ermənidir”. Onun davranışları, erməni xislətinə xas olan bütün xarakteri öz simasında cəmlənmişdi. Ancaq uşaq ağılı və zəkası nifrətlə dolu bu "çəlləyin” düşündüklərini oxumağa yetmirdi.

Bir yay günü öyrəndim onun kimliyini. Niyə hər kəsdən güclü olduğunu iddia etməsini və bu qədər nifrətlə dolu olmasını. O qızmar yay günü erməni olduğunu hamıya qışqıraraq dedi. Sonda bizə baxıb gülümsədi və erməni dilində ağzında nəsə gəvələdi. Bir neçə gün sonra tamam gözdən itib yox oldu. Bir daha ondan xəbər-ətər olmadı.

Bu hadisə nə az, nə çox düz 20 il öncə Bakı məhəllələrinin birində yaşanmışdı. Hələ onda nə Rüstəm İbrahimbəyov bu səpkidə "Qafqaz üçlüyü” filmini çəkib vətənini vəhşi göstmişdi, nə də Əkrəm Əylislinin daş qəlbinin imzası olan "Daş Yuxular” romanı yazılmışdı. Onda onlar yumruqlarını kökslərinə vura-vura "Yaşasın Azərbaycan” deyə bar-bar bağırırdılar. Bizsə bu adamlara baxıb vətəni necə sevməli olduğumuzu öyrənməyə çalışırdıq. Nə bilmək olar. Xəyanət planlarının o sıxılmış yumruqların içində yazılı olduğunu.

***

İllər keçdi, Azərbaycan gəncinin yaşı Qarabağın işğal yaşı ilə eyni oldu. Hər il bir şam üfləyəndə, Qarabağda arzuları qalan adamların həyat şamı sönməyə başladı. iş o yerə çatdı ki, unutmamalı olduğumuz dəyərləri bir anın içində unutdurmamalı olduğumuz yaşa yetişdik.

Arxadan gələn divlərin acığına qorxumuzu içimizdə udub işıq gələn tərəfə addımladıq. Addımladıq və gəlib böyük, qüdrətli bir məmləkətin vətəndaşları olduq. Kim etdi hamı bilir. Kim onlar bunu edərkən xəyanət etdi onun da hamı yaxşı bilir.

Əlqərəz, ömrünün ahıl çağında yumruğu ilə sinəsinə "Yaşasın Azərbaycan” deyə vuran Əkrəm Əylisli "Daş Yuxular”ı ilə xalqına bir şillə vurdu. Səbəb nə idi, məqsəd nə idi gələk ora.

Deputat olduğu illərdə vətəninin daşı olduğunu deyən bir yazıçı, mandatdan uzaqlaşan kimi vətəndaşlıq hüququndan danışmağa başladı. Yazdı bu romanı. Azərbaycanlıları vəhşi, erməniləri baş tacı edən bu cızma-qaranın arxasından bir dünya qalxdı. Ermənistanda tirajlandı, xarici mediaya tərcümə edilib girişində "baxın bunlardanam, ancaq bunlar vəhşidir” cümləsi qeyd edildi.

Bir zamanlar yumruğu ilə sinəsinə "vətən” deyə döyən adam o yumruğunu açıb vətəninə tərs şillə vurdu. "Nobel” eşqi ilə yanan qocanın merkantil maraqları bundan sonra ortaya çıxdı. Amma bu cızma-qara nəinki Nobelə, heç Moskvaya qədər də yol qət edə bilmədi. Yerevandakı rumka dostlarının içinə yağ kimi yayılmaqdan başqa bir işə yaramadı. Elə bir "sağlıqlıq” ömrü oldu.

Amma xislət, nifrət leş axtaran qarğalar kimi hər an göylərdən yerə boylanır, bir hədəfə kitlənib ovunu gözləyir. Əylisli xisləti də təbiyətin vəhşi qaydalarından kənara çıxmadı.

***

"Meydan Tv”yə müsahibə verən qoca yumruğunu yenə işə salıb. Bir isti yay günü "erməniyəm” deyə qışqıran 20 il öncəki xatirəm kimi. O uşağın simasındakı qisas kimi.

Əylisli müsahibəsində deyir: "Azərbaycanda ziyalı yoxdur, hansı ziyalıdan danışırsınız, mən bilmirəm?! Mənim məsələmdə məlum oldu ki, ziyalı yoxdur”

İndic cavabı özünüz verin. Ziyalı vətənini hədəfə verib, qırğına məruz qalan millətini satanamı deyilir, ya bu yolda xəyanət paralarını əlinin tərsi ilə itənəmi?

Xalqın gözü tərəzidir cənnətlə, cəhənnəmin yönünü bəlli edən tərəzi kimidir. Müsahibəsi ilə gündəmdə qalmaq istəyən, mövcud vəziyyətlərdən özünə dvident qazanmağa çalışan Əkrəm Əylisliyə gələn şərhlər bu qocanı tarixin qaranlıq səhifəsinə yenidən yuvarladı. İnsanlar ermənilərə bizi hədəf edən bu adama şərhlərləri ilə cavab verdi.

Müsahibəsində Əkrəm Əylislinin diləndiyi növbəti arzuya baxın: "Hansı ziyalı bu barədə danışdı? Rafiq Əliyevi deyirlər, bir dəfə ağzını açıb demədi ki, belə namussuzluq etməyin, bu adam 80 yaşında polisi vurub yerə yıxa bilər?”

Rafiq Əliyevi bilənlər bilir. Ziyalıdır, həm də adı çəkiləndə hörmət ediləcək ziyalı.

Yadımdadır universitetin 3-cü kurs tələbəsi olanda dərsimizdə iştirak etmişdi. Bir sual verdim dərs bitəndən sonra. "Ədalət varmı dedim dünyada?”. "Dünyaya hələ ədalət gəlməyib. Bu dünya ədalətə hamilədir” deyib auditoroyanı tərk etdi.

Bir zamanlar Rafiq Əliyevdən istifadə edib, onu siyasi qaranlığa çəkmək istəyənlər bu yolun xəyanət yolu olduğunu görən ziyalıya dil uzadırlar. Ədalətin mövcud olmadığını özünəməxsus tərzdə cavablandıran adama elə bir zamanlar onun "silahdaşı” olmuş Əylisli daş atır. Bu dəfə də yuxusundakı daşdan.

Xislət yenə dəyişmədi, yenə leşini axtaran qarğa kimi göylərdən yerə boylandı. 20 il öncə Bakı məhəllələrinin birində üzümüzə "erməniyəm” deyə qışqıran o uşağın xisləti kimi.

Əfsələddin Ağalarov