Qəhrəman ordumuzun yaratdığı Tovuz dastanı

Milli həmrəyliyimizi bütün dünya gördü

Cəbhədən gələn həssas xəbərlər qarşılığında dünən gecə heç birimiz yatmadıq. Şanlı Ordumuz Tovuzda bir qəhrəmanlıq dastanı yazdı. Sadəcə, Azərbaycan Ordusu döyüşmürdü Tovuzun Vahidli- Ağdam istiqamətində. Bir millət olaraq səngərdə idik. Xalqımız, Dövlətimiz, diplomatlarımız, jurnalistlərimiz, ictimai fəallarımız, siyasi xadimlərimiz MİLLİ RUHun parçaları olaraq düşmən üstünə şığıyırdı. Bütün cəbhələrdə döyüşürdük, bir neçə cəbhədə döyüşürdük. Əslən Tovuzdan olan həmkarlarından biri ermənilərin dünənki təxribatının məqsədini sərrast ifadə edib. Gəncəni hərbi vasitələrlə müşahidə altında saxlamağa imkan verən bir strateji yüksəksliyi ələ keçirmək istəyib düşmən. Qoşunlarımızın üstünə tankla, topla, minamyotlarla gəliblər, Müdafiə Nazirliyimizə istinad etsəm, DAHA SƏRT formada cavablarını alıblar. Sərhədimizdən bir qarış da qopara bilməyiblər və əvəzində ciddi itkilərlə üzləşiblər.

Danmaqlarına baxmayın, iki-üç günə səsi çıxacaq leşlərin. Bəziləri koronovirusdan öləcək, bəziləri qəzaya düşəcək, bəziləri bir-birini gülləyəcək. Dünəndən bəri izləyirəm erməni mediasını. İllərin təcrübəsi ilə sətirlərin arasından ovqatı, gerçək mənzərəni tuta bilirəm. Etiraf edim ki, hər zaman son dərəcə hazırlıqlı görsənən erməni ictimai rəy yaradıcıları dünən başlarını itirmiş, məntiqlərini azdırmışdılar. Bir tərəfdən Azərbaycanın böyük arsenalla hücuma keçdiyini iddia edir, digər yanda beynəlxalq təşkilatlara yalvarır, amma itkilərini gizlədirdilər. Ermənilər özləri belə inanmırdılar rəsmilərinə. Bu da təbiidir. Ermənilər Qarabağda işğalçı tərəf olaraq uzun illərdir savaş halındadırlar. Bilirlər ki, tank, top, minamyotlar işə düşübsə, itki olmaya bilməz, üstəlik hücum edən tərəf həmişə daha çox tələfat verir. Ona görə də əmin olun bizim hər şəhidimizə qarşı onların ən azı 3-5 leşi, hər yaralımıza qarşı 7-8 yaralısı var!

Dünən gecə, dediyim kimi, bir çox cəbhədə döyüşdük. Ermənistan xüsusi xidmət orqanlarının trolları sosial şəbəkələrin Azərbaycan seqmetində ciddi işləyirdilər. Bizim bəzi media nümayəndələrini, ictimai fəalları, bəzi mötəbər şəxsləri belə öz feyk məlumatları ilə tora sala bilmişdilər. Lələtəpədə şəhid olan zabitimizin fotoları paylaşılır, həyatını dünənki döyüşlərdə itirdiyi elan olunurdu. Bu, hamıya dərs olmalıdir. Dünən gecə erməni trolları bizim cəmiyyəti qanla qorxutmağa, "yenə kasıbların balaları ölür" deyə sosial ayrım aparmağa, "koronovurusla mübarizə apara bilməyən Azərbaycan iqtidarının Qarabağ kartını işə salması", "hakimiyyyətlərini qorumaq üçün camaatın balasını ölümə göndərmələri" barədə rəy, təfriqə yaratmağa çalışırdılar. Erməni seqmenti də bizimkilər tərəfdən boş buraxılmamışdı, əlbəttə. Gecə boyu yeni media və İT üzrə uzmanları öz cəmiyyətlərinə çağırışlar etməyə məcbur qalırdılar.

Bunu ona görə deyirəm ki, hər bir soydaşımız başa düşsün, indi savaşlar təkcə avtiomatla aparılmır, avtomatın da, tankın da, raketin də, informasiyanın da əsas təyinatı odur ki, düşməni təşvişə salsın, qaçmağa məcbur eləsin, baş qərargahının işini pozsun. Ermənilər Qarabağı məhz bu metodlarla işğal ediblər, dünən də sınaqdan çıxarmaq istədilər. Xalq-dövlət- ali baş komdandan- ordu sisteminə və birliyinə zərər verməyə çalışdılar. Çox təəssüf ki, bilməyərəkdən və bilərəkdən bu oyuna düşənlər oldu. Üstəlik, Lökbatanda daha fərqli bir təxrbata şahid olduq. Savaş anında hakimiyyətin diqqətini yayındırmağa, mərkəzi qərargahın işini pozmağa yönəlmiş açıq-aşkar bir təxribat idi, zənnimcə. Söhbət Qarabağ sevdası və narahatlığı ilə evində otura bilməyənlərdən yox, Qarabağla Qaradağ QAİ-nin cəriməsi arasında bağlantı quraraq xaos görüntüsü yaratmağa çalışanlardan gedir. Söhbət həm də fərarilərdən, fahişələrdən və sapıqlardan ibarət məlum "5-ci kolon"un dünən Ermənistan lehinə əllərindən gələni əsirgəməməsindən gedir. Min şükür, dillərini yenə gödək elədi qəhrəman əsgərləriimiz və şücaətli Ali Baş Komandanımız!

Ali Baş Komandan İlham Əliyev ermənilərin bu miqyasda yeni və xüsusi təxribatını gözləyirdi, məncə. Yəqin ki, əks-kəşfiyyat qurumlarından aldığı müyyən məlumatlar da olub. Çünki təxminən bir aydan çoxdur ki, Ermənistan hakimiyyətinə diplomatik dildə mesajlar verir, onları cəbhə xəttində yeni təxribatlar törətmək niyyətindən əl çəkməyə dəvət edir, "gələcəyiniz varsa, görəcəyiniz də var" deyirdi. Bu təxribatın əsas məqsədlərindən biri Azərbaycanı KTM ölkələrinin hədəfinə gətirmək idi. Hətta arada Mariya Zaxarovnalarını da "xod"ladılar, amma dövlət-millət həmrəyliyi qarşısında əllərindən gələn bir şey olmadı. Dünənki milli həmrəyliyimizi bütün dünya gördü. Bəli, biz birlikdə güclüyük. Həm dünyadakı taclı virusa, həm də Qafqazın tacsız viruslarına qarşı!

Taleh Şahsuvarlı

AzNews.az saytının Baş redaktoru