Bu məqam Ermənistanın faşizm siyasətinin əsirinə çevrilmiş Makronu papağını qarşısına qoymağa vadar edəcək Bu məqam Ermənistanın faşizm siyasətinin əsirinə çevrilmiş Makronu papağını qarşısına qoymağa vadar edəcək

Fransada seçki nəticələrindən nə gözləməli?

Bu məqam Ermənistanın faşizm siyasətinin əsirinə çevrilmiş Makronu papağını qarşısına qoymağa vadar edəcək

Avropa İttifaqının (Aİ) müvəqqəti sədri olan Fransada prezident seçkilərinin ilk turu 2022-ci il aprelin 10-da keçirildi. Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səslə qalib gəlib. Makronun ikinci turda əsas rəqibi ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen olacaq. O, 23,15% səs toplayıb.

Nəticələr gözlənilən idi mi?

Fransa dövləti prezidentin xalq tərəfindən 5 ildən bir seçildiyi, hökumətin parlament qarşısında cavabdeh olduğu, 1958-ci il Konstitusiyasına görə prezidentə hökumətdən daha çox səlahiyyət verildiyi yarı-prezident respublikasıdır. Konstitusiyanın 7-ci maddəsinə görə, ilk turda namizədin prezident seçilə bilməsi üçün səslərin 50%-dən daha artığını toplamalıdır. Lakin 5-ci Respublikanın elan olduğu vaxtdan bəri heç bir seçki dönəmində prezident ilk turda seçilməmiş, 1-ci raundda irəlidə olan namizəd 2-ci turun qalibi olmuşdur. Ona görə də indiki seçkilərdə də nəticə öncədən bəlli idi.

Seçkinin ikinci turu aprelin 24-də keçiriləcək, çünki seçki qaydalarına əsasən birinci turdan sonra iki həftə vaxt lazımdır. İlk turda 4ü qadın olmaqla, 12 namizəd yarışdı. Makrona daha yaxın nəticə əldə edən namizəd Le Pen oldu. Bu, Fransada reallığa çevrilmiş ifrat sağçıların hakimiyyətə bir addım da yaxınlaşdığını göstərir. Başqa sözlə, Fransa siyasəti 2027-ci il seçkilərinə qədər öz daxilində güclü lider yetişdirə bilməsə, növbəti seçkidə ifrat sağçıların hakimiyyətə gəlmə ehtimalı var. Bundan başqa, prezident seçkilərindən sonra iyunda parlament seçkiləri keçiriləcək. Parlament seçkilərində sağçıların daha da aktivləşəcəyi gözlənilə bilər. Bu ehtimal reallaşarsa Fransada “cohabitation” vəziyyətə qüvvədə olacaq ki, baş nazirlə prezidentin fərqli partiyadan olması xüsusən xarici siyasətlə bağlı tıxanmalara gətirib çıxara bilər.

Üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürən Le Penin bütün seçki kampaniyalarının və ümumilikdə onun rəhbərlik etdiyi siyasi qüvvənin maliyyələşdirilməsində Kremlin xüsusi rolu olduğunu nəzərə alsaq, növbəti turda Avropa ilə Rusiya arasında mübarizə gedəcəyini söyləmək olar. Avropaçılıq Makronun siyasətində əsas xəttdi və onun hakimiyyəti müdətində də Fransanın Avropa İttifaqının əsas dövlətinə çevrilməsi üçün əlindən gələni etdiyinin şahidi olduq. Hələ 2017-ci ildə Kremldə Putinin qonağı olan Le Pen Donetsk və Luqanskın işğalını da dəstəkləyən azsaylı Avropa siyasətçilərindən olub. Le Pen deyir ki, Rusiya prezidenti “vətənpərvərdir” və o, “Avropa sivilizasiyasını, xüsusən xristian irsindən gələn dəyərləri qoruyur”. Partiyada generalın 1944-cü ildə səsləndirdiyi “Rusiyaya qalib gəlmək mümkün deyil” fikrini şüara çeviriblər.

Digər məqam isə sağçı namizədlərin həm də erməni lobbisi tərəfindən dəstəklənməsidir. Bu amili də diqqətdə saxalasaq, görünən odur ki, erməni lobbisinin dəstəklədiyi namizədlərin hakimiyyətə gəlmə şansları aşağıdı. Bu, bizə erməni diaporunun Fransada zəiflədiyini deməyə əsas verir. Lobbinin məhz sağçı namizədləri dəstəkləməsi müvafiq namizədlərin Kremlin çətiri altında olmasından irəli gəlir. Çünki, hər iki namizəd - Pekres və Le Penin xətti Qolçu xəttə daha yaxındır.

Seçkilərin nəticələri Fransanın Azərbaycanla bağlı mövqeyinə təsir edə bilərmi?

Avropaçılıq Makronun siyasətində mühüm məsələ olduğundan Makron Avropanın Azərbaycanla bağlı birlik qərarlarına əməl edir. Le Pen isə Rusiyanın Azərbaycanla bağlı qərarlarını izləyir, çünki o, Avropa İttifaqının daha zəif olduğunu öz davranışları ilə ifadə edir. Avropa İttifaqının bu məsələ ilə bağlı konkret mövqeyi var. Fransada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Azərbaycanın mövqeyi prinsipal və qətiyyətlidir. Ermənistanın dəstəklənmə ehtimalı olsa da, unutmaq olmaz ki, Azərbaycan mövqeyini kifayət qədər gücləndirib. Bir həqiqət də ondan ibarətdir ki, Ermənistan dövləti budəfəki seçki kampaniyasında sağçıların qalibiyyətinə ümid edərək, riyakar siyasətini işə salaraq, onları özlərindən çox dəstəkləyən Makrona xəyanət etdilər. Hesab edirəm ki, bu məqam Ermənistanın faşizm siyasətinin əsirinə çevrilmiş Makronu papağını qarşısına qoymağa vadar edəcək.

Züriyə Qarayeva