- Qərb
- 18 Sentyabr 2025 16:17
- 4 470
Parisdəki tətillər səbəbindən Eyfel qülləsi bağlanıb
Parisin əsas turistik məkanı olan Eyfel qülləsi ümummilli tətil səbəbiylə cümə axşamı ziyarətçilər üçün bağlanıb.
Bu barədə elan abidənin rəsmi saytında dərc olunub .
“Sentyabrın 18-də baş verən milli tətillə əlaqədar Eyfel qülləsi hazırda bağlıdır”, - məlumatda deyilir.
Bununla belə, qüllənin altındakı ərazi axşam saat 21:00-a qədər ziyarətçilər üçün açıq qalır.
Mövsüm,
AzNews.az