- Dünyanın halı
- 16:11
- 848
Latviyada naməlum dron gölə düşdü
Latviyada naməlum dron gölə düşərək partlayıb.
Bu barədə “LETA” məlumat yayıb.
Bildirilir ki, polis Kraslava rayonunun Kambula kəndində Drıdzis gölünə dronun düşməsi və partlaması barədə sakinlərdən məlumat alıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Polis dərhal hadisə yerinə gedərək ərazidə araşdırmalara başlayıb. Ərazidə dron qalıqları aşkar edilib.
Məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Latviyada dronlarla bağlı insident yaşanıb.
Aznews.az