- Rusiya və İran
- 16:29
- 1 053
Pakistanın ordusunun komandanı Pezeşkian, Əraqçi və Qalibafla ABŞ-la danışıqları müzakirə edib
Pakistan ordusunun komandanı feldmarşal Asim Munir Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Aznews.az xəbər verir ki, Asim Munir İran və ABŞ arasında razılaşma əldə olunması istiqamətində Pakistanın vasitəçilik səylərini davam etdirmək üçün Pezeşkianla danışıqlar aparıb.
Asim Munir İran parlamentinin sədri, İranın ABŞ-la danışıqlar üzrə rəhbəri Məhəmməd Baqer Qalibafla da görüşüb.
İran xarici işlər naziri Abbas Əraqçi də həmçinin, Tehranda ABŞ-la danışıqlarda vasitəçi olan Pakistan ordusunun komandanı feldmarşal Asim Munirlə görüşüb.
Görüş Tehran və Vaşinqton arasında ilkin razılaşma çərçivəsinin əldə olunmasına dair ehtimallar fonunda baş tutub.
Görüşdə tərəflər gərginliyin artmasının qarşısını almaq, İrana qarşı müharibəyə son qoymaq, eləcə də Qərbi Asiyada sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi yollarını müzakirə ediblər.
Eyni zamanda, Abbas Əraqçi bu səylər çərçivəsində bu gün Türkiyə, Qətər və İraqın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.