VAHİD ƏHMƏDOV MİFİ

Dahi Nils Bor deyirdi ki, iki cür həqiqət var: Şit (bayağı) həqiqət və böyük həqiqət. Şit həqiqətin əksi əlbəttə ki, yalandır. Böyük həqiqətin əksi isə yenə həqiqətdir.

Vahid Əhmədov haqqında formalaşan qaragüruhçuluq şit həqiqətə xidmət edir. Bu adamı Azərbaycan parlamentinin və ictimai həyatın qəhrəmanına çeviriblər. Mən bu adamı Parlamentdə tanımışam. Cəmi 5-6 çıxışı olub bu çağırışda. Özü də nə vaxt: Nazirlər Kabinetinin və Hesablama Palatasının hesabatında bu qurumun rəhbərlərinə yaltaqlıq edib. Sahil Babayevə də yaltaqlıq edib. Adam Parlamentdən ayağını çölə atan kimi deyir ki, bahalaşma var, uşaq pulu verilməlidir və s. Halbuki bu problemləri qaldırmayan deputat yoxdur. Ancaq qəhrəmana çevrilən budur. Adam (Vahid Əhmədov) 100.000 dollarlıq saat taxır, 250.000 avroluq maşında gəzib-dolaşır. Şəhid ailəsinin banka borcunu dövlətə ödətdirir. Qəhraman olur. Vicdanı demir ki, mən milyonlara manat pulu dövlətin hesabına qazanmışam və pulun 10.000 manatını, sizin borcunuzu bağışmağa sərf edəcəm. Danışıqları yalnız şəxsi mənafeyinin qorunmasına xidmət edir. Amma qəhrəmandır. Bunun bircə adı var. Vahid Əhmədov çağımızın ən böyük avantüristidir. 76 yaşlı avantürist. Avantüra işini V. Əhmədov çox yaxşı bacarır. Bu adamın bütün çıxışlarını mənim Milli Məclisdə etdiyim 1-cə çıxışla müqayisə edin. Əgər vicdanınız varsa, dəqiq qiymətləndirmə aparın. Məni təəcübləndirən hətta bəzi üzdə olan adamların avantüraya dəstəyidir. Görsənir ki, bu gedişlə cəmiyyətimizdə instinktiv davranışlar hələ uzun müddət davam edəcək. Bu da faciənin bir formasıdır.

P.S. Əvəz Zeynallı haqqımda böhtan xarakterli fikirlər səsləndirmişdi. Mən onu məhkəməyə verdim. Ortaya Vahid Əhmədov girdi. Əvəz Zeynallı kimi birisinin vəkili rolunda çıxış edirdi və mənim bu prosesdə uduzacağımı əvvəlcədən mənə deyirdi. Mən onun dediklərini rədd etdim. Bu adam həm də özünə bənzər Əvəz Zeynallı kimi bir avantürist və bir böhtançı ilə oturub-dururdu və həmin Əvəz deputatları onun tapşırığı ilə ləkələməyə çalışırdı.

Etibar Əliyev