İlham Əliyevin neo-kolonializmə yönəlik çağırışlarına Nigerdən cavab

2020-ci ildə Mali və 2022-ci ildə Burkina Fasodakı çevrilişlərdən sonra Afrikada təsiri azalan Fransaya qarşı etirazlar da güclənib. Nigerdəki rejim Fransa ilə imzalanmış bütün hərbi əməkdaşlıq və protokollara xitam verildiyini açıqlayıb. Nigerdə xuntanın hakimiyyəti ələ keçirməsi bölgədə Fransa əleyhinə əhval-ruhiyyəni daha da artırıb. Afrikadakı hadisələrlə bağlı Fransadakı müxalifət partiyaları prezident Emmanuel Makronun böyük məğlubiyyət aldığını vurğulayır. Malidəki çevrilişdən sonra Rusiyanın xüsusi döyüş aparatı Vaqner boşaldılan Fransa bazalarında məskunlaşıb və Nigerdəki çevrilişlə bağlı müxtəlif iddialar irəli sürülüb. Vaqnerin lideri, Rusiyada uğursuz üsyana rəhbərlik etməsinə baxmayaraq hələ də fəal olan Yevgeni Priqojin Nigerdəki hərbi çevrilişi “yaxşı xəbər” kimi qiymətləndirərək döyüşçülərinə asayişi bərpa etməyi təklif edib.

Son illərdə Afrikada müstəmləkəçiliyə qarşı hərəkatlar və diskurslar artmağa başladığı üçün Fransanın bölgədəki ticarəti azalır. Çin Fransanın boşluğundan istifadə edərək, bölgəyə investisiyalarını tədricən artırır. Çinin Nigerə investisiyaları 2020-ci ilin sonunda 2,68 milyard dollara çatıb. Çinin enerji nəhəngi Sinopec də ötən may ayında Nigerlə neft və qaz sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Çinin milli nüvə şirkəti CNNC 2007-ci ildə Azelik uran mədəninə görə hökumətlə əl sıxmışdı. Dünya Bankının məlumatına görə, 20 milyon əhalisi olan və dünyanın ən yoxsul ölkələrindən biri olan Niger hər il təxminən iki milyard dollar yardım alır. Bu yardımın 122 milyon avrosu Fransadan, bu məbləğin iki qatı isə Avropa İttifaqından (Aİ) gəlir. Lakin Fransa çevrilişdən sonra bu yardımları dayandırdığını açıqladı.

Dünyanın ən kasıb ölkələrindən biri olan Niger uran və qızıl mədənləri ilə zəngin sayılır. 2023-cü ilin məlumatlarına görə, Niger 2,7 milyard dollar dəyərində qızıl ixrac edib. Dünyanın 7-ci ən böyük uran ixracatçısıdır. Nigerin danılmaz miqdarda xam neft ehtiyatına malik olduğu da məlumdur. Niger nüvə enerjisində istifadə olunan radioaktiv metal element uranın qlobal tədarükünün təxminən 5 faizinə malikdir. Avropa Birliyinin Nüvə Agentliyi EURATOM-un məlumatına görə, Niger keçən il Aİ-yə ikinci ən böyük təbii uran tədarükçüsü olub. Bundan əlavə, ölkə Fransanın uran ehtiyacının təxminən 15 faizini ödəyir. Fransa 1970-ci ildən bəri Nigerdən uran tədarük edir. 18 atom elektrik stansiyasındakı 56 reaktoru işlətmək üçün ildə orta hesabla 7800 metrik ton təbii urana ehtiyacı olan Fransa, təxminən 50 ildir ki, keçmiş müstəmləkəsi Nigerdən uran tədarük edir.

Belə bir ölkədə Fransaya qarşı etirazlar və təzminat tələbi Paris üçün sonun başlanğıcı ola bilər. Nəzərə almaq lazımdır ki, müstəmləkəçilərə qarşı mübarizəni başladan və dünya birliyini bir istiqamətdə ciddi addımlar atmağa səsləyən məhz Azərbaycan Prezidenti İlham Əliyev olmuşdur. Ali tribunalarda neo-kolonializmin qurbanına çevrilən ölkələrə dəstək mesajları və onların haqlarının qorunması ilə bağlı çağırışlar hazırki nəticələri doğurmağa başlayıb.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi