• COP29
  • 20 Yanvar 10:51
  •  3 098

Səbail rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində və “Şeyx Şamil küçəsi 16” ünvanında yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Eldar Mansurov, Taleh Şahsuvarlı, Xəlil Babayev, Elza Bağırzadə, Təranə Kərimova, Vüqar Sərdarov və Mehman İsmayılov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Azərbaycanın öz çoxəsrlik tarixinin yeni dövrünü yaşadığını deyən natiqlər seçiciləri bu mərhələdə ölkəmizin uğurlu inkişafının davamına, Böyük Qayıdış prosesinə, müxtəlif sahələr üzrə yeni köklü islahatların həyata keçirilməsinə səs verməyə dəvət edib.

image description image description image description image description image description image description image description