- Köhnə - Dünya
- 9 Fevral 2016 15:06
- 5 209
İki qatar toqquşdu: 8 ölü, 150 yaralı - Fotolar + Yenilənib 3
Almaniya Federativ Respublikasında ağır qəza baş verib.
AzNews.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Bavariyanın Bad-Aiblinq şəhərində iki qatar toqquşub. Nəticədə bir neçə vaqon relsdən çıxıb. Baş verən qəzada ən az 100 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə nəticəsində ölənlərin olduğu barədə də məlumat yayıb. Lakin ölənlərin sayı dəqiqləşdirilməyib.
12:04
***
AzNews.az DRA agentliyinə istinadən xəbər verir ki, baş verən qəza nəticəsində ən az 2 nəfər vəfat edib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yaralılardan 10-unun vəziyyəti ağırdır.
Hadisə yerinə 8 helikopter və bir neçə təcili tibbi yardım maşını cəlb olunub.
12:20
***
Qatarların toqquşması nəticəsində ölənlərin sayı 4-ə çatıb. Qəza nəticəsində xəsarət alanların sayı 150 nəfərə qədər yüksəlib.
12:44
***
Almaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib.
AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib. Məlumatda yaralılardan 50-sinin vəziyyətinin ağır olduğu qeyd olunur.
Hadisənin səbəbləri araşdırılır.
Aydan AXUNDOVA