Avropa Parlamentinin qətnaməsindən Ruben Vardanyanın çirkli pullarının qoxusu gəlir - QHT SƏDRİ

Əziz dostlar,
Bu cümləni olduğu kimi Avropa Birliyi parlamentinin saytından götürmüşəm:

"MEPs urge Azerbaijan to immediately and unconditionally release Ilhamiz Guliyev, a human rights defender arrested in December 2023, and all other political prisoners, including EU and other nationals".

Əgər səhvim olarsa, ingilis dilini daha yaxşı bilən dostlarımız yanlışı düzəldərlər, tərcüməsi belədir:

"Avropa Birliyi Parlamentinin üzvləri Azərbaycanı 2023-cü ilin dekabrında həbs olunmuş hüquq müdafiəçisi İlhamiz Quliyevi, Avropa Birliyi və digər ölkələrin vətəndaşları da daxil olmaqla bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırır".

Bu barədə AzNews.az analitik-informasiya portalının baş redaktoru, QHT sədri Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb. T.Şahsuvarlı daha sonra bildirib:

"Əcəba, Azərbaycanda AB üzvü olan hansı dövlətin vətəndaşı görəsən "siyasi məhbus"dur?

Doğrusu, bu barədə heç bir informasiyaya rast gəlməmişəm. Bildiyim qədər, hətta ən uzun "siyasi məhbus" siyahısında da belə adlar yoxdur.

Hə, burada başqa bir məqam var. Diqqət edirsinizsə deyirlər ki, "digər ölkələrin vətəndaşı olan "siyasi məhbuslar" da azad olunmalıdır".

Burada söhbət hazırda Azərbaycanda istintaqı aparılan Ruben Vardanyandan, Arayik Arutyunyandan, David Babayandan və digərlərindən gedir. Bunu başa düşməmək mümkün deyil. Əks halda, Azərbaycanda başqa hər hansı ölkədən də siyasi məhbus yoxdur. Ümumiyyətlə, ölkəmizdə cinayət törətmiş əcnəbilərin sayı o qədər də çox deyil.

Deməli, dığaların adını açıq yaza, altını cizərək qatil, talançı, sırf etnik mənşəyinə görə azərbaycanlıları həlak edən, işgəncələrə məruz qoyan, suverenliyimizə və ərazi bütövlüyümüzə qəsd edən erməniləri "siyasi məhbus" elan edə bilmirlər. Əsl məqsədlərini ört-basdır etmək üçün əvvəlcə uzun-uzadı bir "siyasi məhbus" sicili yaradırlar, bu siyahı ətrafında hay-küy salırlar. Həyasızcasına gözə kül üfürə-üfürə Vardanyan, Arutyunyan, Babayan və Azərbaycan dövlətinə və xalqına qarşı xüsusilə ağır cinayətlər işləyən digər ermənilərin azadlığa buraxılması üçün dövlətimizə təzyiq göstərirlər.

Odur ki, Avropa Parlamentinin qətnaməsindən Ruben Vardanyanın çirkli pullarının qoxusu gəlir.

Azərbaycan bu təzyiqlərə əsla boyun əyməyəcək və öz suverenliyindən və torpaq bütünlüyündən heç bir imperalistin marağına görə vaz keçməyəcək!

AzNews.az