Bu gün “Arazbarı” sənədli filminin təqdimat mərasimi keçirilib. Bu gün “Arazbarı” sənədli filminin təqdimat mərasimi keçirilib.

“Arazbarı” sənədli filminin təqdimatı oldu - FOTO

Bu gün “Arazbarı” sənədli filminin təqdimat mərasimi keçirilib.


AzNews.az xəbər verir ki, filmin təqdimatında Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və deputat Xanhüseyn Kazımlı, BDU-nun jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Nəsir Əhmədli, əməkdar artist Bəyimxanım Vəliyeva, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, redaktorlar və mətbuat nümayəndələri iştirak edib. Ssenari müəllifi Bəxtiyar Qaraca olan filmin sözləri şairə Sona Vəliyevaya, musiqisi əməkdar incəsənət xadimi Tahir Ələkbərə məxsusdur.

Əvvəlcə film nümayiş etdirilib. Azərbaycan tarixinin keşməkeşli dövrlərindən bəhs edən filmdə xalqımızın yüksək mənəvi dəyərləri də işıqlandırılıb. Qeyd edək ki, filmdə ifalar əməkdar artist Bəyimxanım Vəliyeva, tanınmış xanəndə Ehtiram Hüseynova, qiraət isə mərhum xalq artisti İlham Əsgərova məxsusdur.

Təqdimatdan sonra çıxış edən MŞ sədri Ə.Amaşov qeyd edib ki, Arazbarı coğrafi məkandır: "Arazbarı coğrafi, mənəvi baxımdan tariximizdir. Qədim yunan tarixçiləri bu yerlər barədə öz əsərlərində məlumat veriblər".

O həmçinin əlavə edib ki, Arazbarı şur-muğam ailəsinə daxil olan muğamdır.
Ə.Amaşov bildirib ki, nə qədər Azərbaycan xalqı var, bu muğam ifa olunacaqdır.
Daha sonra çıxış edən T.Əkbər bu əsəri yaradıcılığında bir mərhələ adlandırıb. O qeyd edib ki, "Arazbarı"ya musiqi bəstələyərkən Üzeyir Hacıbəyovun yaradıcılığından, həmçinin xalq yaradıcılığındakı ritmik muğamdan istifadə edib: "Qalan musiqisi özümə aiddir. Hesab edirəm ki, əsərdə musiqi və sözün vəhdəti əsasdır. Mən çalışdım ki, bacardığım qədər sözlərə layiq musiqi bəstələyim".
O ümidvar olduğunu bildirib ki, bu əsər yaşayacaq və bizdə sabaha bir inam yaradacaq.

Sonra çıxış edən X.Kazımlı əsəri yüksək qiymətləndirib. Əsərin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

Filmin ifaçılarından olan B.Vəliyeva öz çıxışında əsərin dinləyicilər tərəfindən seviləcəyinə ümid edib. O qeyd edib ki, bu əsər gündəlik bir mövzuya həsr edilməyib, tarixi əhəmiyyət daşıyır.

Sonra söz MŞ idarə heyətinin üzvü Umud Mirzəyevə verilib. O filmin yaradıcı heyətini təbrik edirək qeyd edib ki, bu əsər son illərdə Arazla bağlı yaradılan maraqlı, fundamental əsərdir".

Sonra çıxış edən V.Səfərli bildirib ki, əsər çox gözəl və təsirlidir. O əsərin ictimaiyyət tərəfindən bəyəniləcəyini ümid etdiyini deyib.
C.Məmmədli isə Arazbarını musiqi poeması adlandırıb: "Bu filmdə rejissor işi insanı duyğulandırır. Mən bu filmi izləyərkən düşündüm ki, əsərdəki simvolikanı başa düşmək üçün ona 2-3 dəfə baxmaq lazımdır".
Sonra çıxış edən Bəxtiyar Qaraca filmin hazırlanma prosesindən danışıb. O qeyd edib ki, Arazbarı formasına görə klip hesab olunmur, ona görə də sənədli film adlandırılıb.
Tədbir film barəsində müzakirələrlə davam etdirilib.