Seneqalda avtobus qəzası nəticəsində 13 nəfər ölüb

Seneqalda avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, 40-a yaxın adam yaralanıb.

Bu barədə Seneqal Mətbuat Agentliyi ( APS ) ölkənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

“İlkin məlumatlara görə, qəza nəticəsində ölənlərin sayı 13 nəfərdir. Həmçinin qırxa yaxın yaralı var”, - nəşr yazır.

Qeyd olunur ki, avtobus yerli vaxtla saat 19:00-da Seneqalın mərkəzindəki kəndin yaxınlığında aşıb.

Mövsüm

Aznews.az