Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə mühacirətdə yaşadığı dövrdə zəngin irs yaratmışdır.Onun Almaniyada nəşr etdiyi “Qurtuluş” məcmuəsində çox dəyərli yazıları vardır.”Qurtuluş” məcmuəsinin 1934-cü ilin dekabrında 2-ci sayında çap olunmuş “Sovetlərdə qan və vəhşət” məqaləsini oxuculara təqdim edirəm.

SOVETLƏRDƏ QAN VƏ VƏHŞƏT

Əli Mərdan bəy mərhuma ayırdığımız bu nüsxədə başqa material vermək niyətimiz yoxdu. Fəqət Kirovun qətli və ondan sonra Sovetlərdə yenidən əski şiddətini bulan qanlı terror bizi bu niyətimizdən daşındırdı.

Qızıl istilaya qarşı mücadilə dolayısilə vətən həsrətilə ölən böyük yurdçunun xatirəsi dəxi yurdumuza musallat bulunan zalim bir rejimin içindən çürüdüyünü bildirən bu qanlı vəhşəti sükutla keçməkdən bizi mənedər.

Daha dün Millətlər Cəmiyətinə girməsi münasibətilə mədəniləşdiyini aləmə qarşı isbat niyətilə G.P.U-yu “tadil”ə kalkışan bolşevizm, hangi səbəblə yapıldığı daha aydın olmayan bir qətli bəhanə edərək, nəşr edilən bir drakon dekretinə dayanaraq, hər nədənsə, şübhəli bulduqları məsumları, əsl qatil dururkən, dəstə – dəstə və yer – yer qurşuna düzür və komunizmin ilk şiddətli çağlarındakı orta zaman vəhşətini yenidən dirildir.

Leninqradla Moskvadan dəhşət makinəsi Belorusiyaya, Ukraynaya keçmiş. Bir kaç gün içində qurşuna dizilənlərin sayı, rəsmi məlumata görə, iki yüzü haqlamışdır. Həbs edilənlərin isə sayı bəlli deyildir.

Bolşevik mətbuatı hər nə qədər rejimə qarşı bəyaz terroristlərin suiqəsdindən bəhs edirsə də, bu bəhsə kəndiləri belə fazla əhəmiyət vermirlər. Kirovun qatili Nikolayevin kim olduğu haqqında Soyvet hökuməti bugünə qədər sükut edir. Onun, əski bir bolşevik, G.P.U ajanı olduğu və son günlərdə müxalifətə keçən bir zümrəyə mənsub olduğu artıq şübhəsizdir. Netəkim dəstə – dəstə qurşuna dizilənlər dəxi əksəriyətlə bolşevik yetişməsi adamlardır. Ukraynada qurşuna dizilənlər arasında əskidə komunist propaqandisti və redaktoru olan adamlar vardır.

Məsələ aydındır. Stalin fırsatdan istifadə ediyor, Nikolayev kəndi aktilə ona bəhanə vermiş. Arxivindəki siyah listedəki adamları xərclıyır. Nəticə göz önündə. Sovyetlərdə qan gövdəyi götürmüşdür!..

Daxili hərb əsnasındakı qanlı günləri andıran bu qorxutma siyasətinin bir səbəbi dəxi vardır. Xaricdə kapitalist aləmlə iyi keçinməyə və beynəlmiləl siyasətdə əski çar metodlarını kullanmaya keçən Sovyet hökuməti, daxildə də bir takım dəyişikliklərə lüzum gördü. Əkməyin sərbəst satılışı haqqındakı tədbiri dəxi bu növdən bir işdir.

Bu sınanmış bir şeydir, ona Stalinizm deyirlər. Sola basarkən Stalin sağı vurmuş, sağa gedərkən solu kəsmişdir. İqtisadda gəvşəklik yaparsa, siyasətdə dəhşətlər saçar ki, dizyinləri əldən verməsin.

Bolşevizmin 18-ci yılında, əski sinif və zümrələrdən əsər belə qalmadığı bir çağda, dünyanın böyük dövlətlərilə barış – görüş olduğu bir halda, dizyinləri əldə tuta bilmək üçün hələ terrora inananları keyfi ssurətdə öldürməyə möhtac olan bir rejimin iflas ərəfəsində olmadığını kim iddia edə bilir?!.

Günün birində bu iflasın gələcəyinə bizim şübhəmiz yoxdur. Fəqət bu iflasa qətilik verəcək amillər hərəkətə keçincəyə qədər, bu qanlı rejim qudurğanca saldırışlarında davam edəcək. Bu saldırışın Türküstanda, Ukraynada vəhşətlər yapmaqda olduğu xəbəri alınmağa başladı, bir az sonra Qafqasyadan dəxi əsəfli xəbərlər alınmayacağını bizə kim təmin edə bilir?

Cenevrədə Litvinovla danışıq yapan böyük diplomatların təmsil etdikləri məmləkətlərdə bu vəhşətə aldıran yoxdur. Amerika məhkəməsinin edamlarına qərar verdiyi bir Sako, Vasetti üçün bütün dünya həyəcan kəsilmişdi. Almaniya hadisələri dolayısilə sosyalist mətbuatın qopardığı hayharayı unutmadıq. Halbuki Sovyetlərdəki vəhşət nərədə, bu hadisələr nərədə?!.

Nə görüruz? Leon Blumun qəzetəsi yazır. Kəndilərilə vahid cəbhə yapmaq istədiyi bolşeviklərə deyr ki: “Biz sizin rejimi qorumaq üçün fövqəladə tədbirlərə müraciət məcburiyətində olduğumuzu anlarız, fəqət məsələyi Fransa cəmiyətindən bir qisminin dəxi anlıyacağı şəkildə izaha çalışınız!..”

Bu, nə deməkdir? Siyasi eqoizmin ən fahiş bir ifadəsi deyilmidir?!.

Əvət, öylədir. Cahan siyasi eqoizmin əlində əstirdir. Yalnız bu əsirliklə izah olunur ki, Sovyet idarəsi kimi orta zaman istibdadını kölgədə bırakan bir hökumətin müməssili Cenevrədə mədəni devlətlər arasında oturur!..

“Qurtuluş” məcmuəsi, il: 1, sayı-2, birinci Kanun(dekabr), 1934,

M. E.