Qaziantepdə tramvaya ildırım düşüb

Qaziantepdə tramvaya ildırım düşməsi nəticəsində yanğın baş verib.

Şəhər mərkəzində Gar stansiyası ilə Karataş xətti arasında hərəkət edən və Valilik dayanacağında dayanan tramvayın yuxarı hissəsinə ildırım düşməsi nəticəsində yanğın baş verib.

Xəbər verildikdən sonra əraziyə yanğınsöndürmə briqadaları göndərilib.

Sərnişinlər tramvaydan çıxarılarkən əraziyə gələn yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.

Böyükşəhər Bələdiyyəsi tərəfindən edilən açıqlamada aşağıdakı məlumatlar yer alıb:

"Yağışlar səbəbilə şəhərimizin tramvay xətti və Qaziray xəttində iki nöqtədə ildırım çaxması nəticəsində tramvaylarımızdan biri istifadədən çıxıb və Göllüce-Taşlıca xəttində qısamüddətli fasilə yaranıb. Hazırda , Qaziray xətti tamamilə açıqdır, Karataş-Gar arasında xidmət edən tramvay Gazi Muhtardır və o nöqtədən Gar stansiyasına avtobuslar var".

Mövsüm

Aznews.az