İqtisadçı-alim Qudad İbadoğlu Azərbaycan banklarının vəziyyətdən çıxış yolları ilə bağlı təkliflər irəli sürüb. İqtisadçı-alim Qudad İbadoğlu Azərbaycan banklarının vəziyyətdən çıxış yolları ilə bağlı təkliflər irəli sürüb.

Bankları ağır durumdan necə xilas etməli? - Təkliflər

İqtisadçı-alim Qudad İbadoğlu Azərbaycan banklarının vəziyyətdən çıxış yolları ilə bağlı təkliflər irəli sürüb.


AzNews.az xəbər verir ki, ekspert həmin təklifləri Milli Məclis, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Banklar Assosiasiyası və AMFA-ya kommersiya banklarına və bank olmayan kredit təşkilatlarına ünvanlayıb.

Sözügedən qurumlar üçün nəzərdə tutulan ayrı-ayrı bəndlərdən ibarət olan təklifər aşağıdakılardır:

Milli Məclisə və Mərkəzi Banka:


1. Fiziki şəxslərin iflası haqqında Qanun qəbul olunmaldır ki, onların həm borclarını qaytara bilmədiyi halda həyat şəraiti pisləşməsin, həm də onların borc bazarında yenidən iştirakına müəyyən məhdudiyyət yaradılsın.

2. Hüquqi şəxslərin müflisləşməsi haqqında qanunda nəzərdə tutulan prosedurlar sadələşdirilməlidir.

3. Müvafiq qanunvericilikdə dəyişiklik edilməklə kredit ombusmanın yaradılması və fəaliyyətinə dair hüquqi əsaslar yaradılmalıdır.

4. Problemli kreditlər agentliyi yaradılmalı və problemli kredit portfelinin satılması üçün qaydalar formalaşdırılmaldır.

5. Sığortalananan əmanətlərin dərəcələri manatla 12 faizdən 15 faizə, valyuta ilə 3 faizdən 5 faizə qaldırılmaldır.

6. Devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki banklar, müştərilər və dövlət arasında bərabər paylaşdırılmaldır.

Mərkəzi Banka:

1. Borcunu vaxtı vaxtında ödəyən vətəndaşlar üçün yenidən maliyyələşdirmə imkanı yaradılmalıdır. Konkret olaraq hansı həddə və faizdə borcu olanların kreditlərinin faiz həddini nə qədər aşağı salmağı, müddəti nə qədər artırmağı göstərən qaydalar müəyyən edilməlidir.

2. Müştərilərin, əsasən də aztəminatlı ailələrin aylıq kredit ödəmələrinin onların gəlirlərinin 1/3 səviyyəsində məhdudlaşdırılmalıdır.

3. Antikollektor şirkətlərinin müştərilərə kömək etməsinə şərait yaradılmalıdır. Müştərilər öz hüquqlarını qoruya bilməli və onlara kömək edən təşkilatlardan yararlanmalıdır.

4. Bankdan kredit alanların aktivləri yenidən dəyərləndirilməlidir, buna uyğun olaraq mövcud kredit şərtlərinə yenidən baxılmaldır. Bu zaman potensial risklər haqqında məlumat şəffaf şəkildə müştəriyə bildirilməlidir. Müştərilərin kredit reyestri yeni risklərin müəyyənləşdirilməsində banklara kömək etməli və müştərilərin kredit balı sistemi yaradılmalıdır.

5. İş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə kreditin məbləğindən asılı olaraq 1 ildən 3 ilədək əlavə vaxt verilməlidir ki, onlar da iş axtarıb tapandan sonra kreditlərini qaytara bilsinlər.

6. Yüksək riskli kreditlərin verilmə prosesi dayandırılmalı və belə hallara yol vermiş bankların itkiləri kompensasiya edilməməlidir.

Bankların kapitallaşma dərəcəsi artırılmalı ve Basel III prinsiplərindən nəzərdə tutulandan azı 2 dəfə çox olmalıdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasına:

1. Valyuta ilə kreditlərin aşağıdakı kategoriyalı seqmentlərə verilsin:
İxrac edən və valyuta gəlirlərı olan şirkətlərə;

2. İstehsal avadanlıqlarının idxalı ilə məşğul olan şirkətlərə (Bu zaman verilən kreditlər kredit göturənə deyil, birbaşa avadanlıq istehsalçısına ödənilsin);

3. Gündəlik istehlak mallarının (geyim, qida və s.) idxalı üçün verilən xarici valyuta ilə kreditlərlər idxalçıların valyuta gəlirləri/reservləri arasında əlaqə formalaşdırılsın.

4. Bir fiziki/hüquqi şəxsə böyük məbləğdə əsaslandırılmamış valyuta satışı məhdudlaşdırılsın. Əgər hər hansı bir fiziki və ya hüquqi şəxs kontrakt (avadanlığın alınması və ya digər malların idxalı məqsədilə) üzrə ödəniş həyata keçirmirsə böyük məbləğdə valyuta əldə edə bilməz.

5. Xaricdən cəlb edilən kredit faizlerinə maksimum hədd qoyulsun. Yəni hər hansı bir bank xaricdən kredit cəlb edərsə müəyyən faiz dərəcəsindən yuxarı faizlə kredit celb edə bilməz. Maksimum həddin müəyyən edilməsi isə ölkənin və bankın reytinqi ilə əlaqələndirılməlidir.

6. Yerli bankların səhmlərinin müəyyən bir qismi (məsələn 20 faizə qədəri) xarici investorlara satılsın;

7. Orta və kiçik biznesə (OKB) uzunmüddətli kreditlərin verilməsi stimullaşdırılsın;

8. Sosial yönümlü orta və kiçik biznes üçün uzunmüddətli kreditlərin maliyyələşdirilməsi üçün xarici kreditlər cəlb edilsin və bu kreditlərə dövlət təminatı verilsin. Bu kreditlər heç bir halda ticarət və ya istehlaka yönəldilməməlidir və yalnız istehsal məqsədli olmalıdır.

Banklar Assosiasiyasına, AMFA-ya, kommersiya banklarına və bank olmayan kredit təşkilatlarına:

1. Valyuta ilə olan borclara devalvasiyalardan asılı olaraq fərqli və differensial yanaşılsın. Birinci devalvasiya nəticəsində itkilərə məruz qalanlara daha çox güzəştlər tətbiq olunsun. Birinci devalvasiyaya uyğun olaraq 1.05 manat=1 dollar məzənnəsi ilə ödənişə razılaşan müştərilərə həm ödəniş müddətində və həm də faiz dərəcəsində endirim edilsin.

2. Müştərilər krediti tam olaraq əvvəlcədən bağlayırsa, o zaman götürdüyü kreditin müddətindən (21 fevraldan əvvəl və sonra) asılı olaraq qalıq məbləğinə orta hesabla 20 faiz həcmində güzəştlər tətbiq edilsin.

3. Vaxtı keçmiş borclarını bağlayan müştərilər əlavə faiz və cərimə ödənişlərindən azad edilsin.

4. Yeni məzənnə ilə valyuta kreditlərini ödəyən müştərilərə kreditin məbləğindən asılı olaraq 15-25 faiz arasında mükafat təyin edilsin.

5. Borcunun yarısından az hissəsi qalan müştərilərə qalıq məbləğini manata çevirmək imkanları yaradılsın.

Bahar RÜSTƏMLİ
AzNews.az