Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə dələduzluqda təqsirləndirilərək həbs edilən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə dələduzluqda təqsirləndirilərək həbs edilən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.

Bayraq Meydanı İdarəsinin sabiq rəisinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə dələduzluqda təqsirləndirilərək həbs edilən Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə həbs edilən İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.


Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesdə vəsatət qaldıran vəkil Akif Əlizadə bildirib ki, müdafiə etdiyi R.Məmmədovun himayəsində yetkinlik yaşına çatmayan 3 azyaşlı övladı var. Ona görə də onun barəsindəki həbs qətimkan tədbiri ləğv edilməli və ya dəyişdirilərək ev dustaqlığı seçilməlidir.

Prosesdə vəsatət qaldıran vəkil İradə Cavadova da müdafiə etdiyi İ.İsfəndiyarovun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.

Vəkillər, həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin cavabdeh kürsüsündə deyil, məhkəmə zalında əyləşməsi barədə vəsatətlərlə çıxış ediblər.

Prosesdə çıxış edən dövlət itthamçısı isə bu vəsatətlərin təmin edilməməsini xahiş edib.

Prokuror bildirib ki, bu vəsatətlərə hazırlıq iclasında baxılması mümkünsüzdür. Məhkəmə təqsirləndirilən şəxslərin müttəhim kürsüsündən çıxarılması barədə vəsatəti təmin etməyib.

Sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər həbs qətimkan tədbirinin ləğv edilməsi və ya ev dustaqlığına dəyişdirilməsi barədə vəsatətləri təmin etməyiblər.

İş üzrə məhkəmə prosesi iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Bu il martın 4-də Səbail rayon məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Trend.az