“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Ailə qurmaq qərarına ciddi yanaşma” mövzusunda növbəti təlimini 27 may 2016-cı ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həyata keçirdi. “Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Ailə qurmaq qərarına ciddi yanaşma” mövzusunda növbəti təlimini 27 may 2016-cı ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həyata keçirdi.

“Ailə məktəbi” kursunun növbəti təlimi keçirildi - Foto

“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Ailə qurmaq qərarına ciddi yanaşma” mövzusunda növbəti təlimini 27 may 2016-cı ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həyata keçirdi.




Təlimin əsas məqsədi, gənclərin ailə qurmaq haqqında təsəvvürlərinin genişləndirilməsi, ailə qurarkən əsas meyarlara diqqətin yetirilməsi və sağlam ailələrin qurulmasına çalışmaq və kor-koranə ailə qurmağın fəsadları haqqında gəncləri məlumatlandırmaqdan ibarət idi.

"Gender Bərabərliyi" İctimai Birliyini sədri Şəkərxanım Əliyeva layihə haqqında ilkin məlumat verdikdən sonra layihənin eksperti Gülər Adıgözəlzadə təlimi davam etdirdi. Ekspert "Həyat yoldaşı seçimində əsas meyarlar" mövzusuna çıxış edərək sözü gedən mövzuya ictimai yöndən aydınlıq gətirdi.
Daha sonra həkim infeksionist Fikrət Xəlilov "Nikahadək tərəflərin tibbi müayinəsinin vacibliyi, görünməyən xəstəliklər" mövzusunda çıxış etdi. Gənclərə ailə qurmazdan əvvəl tibbi müayinənin nə qədər lazım olduğunu qeyd edən F.Xəlilov HİV, sifilis kimi həyati təhlükəli xəstəliklər haqda dinləyiciləri məlumatlandırdı.

Təlimdə çıxış edən psixoloq Mehriban Qaffarova isə "Nikahadək tərəflər arasında söhbət və şərtlərin bəyanı" mövzusunda çıxış edərək gənclərə sözü gedən məsələyə psixoloji aspektdən aydınlıq gətirdi. Psixoloqun çıxışı gənclərin marağına səbəb oldu və təlim mövzusu diskussiya əsasında quruldu.

image description image description