Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin istefasına münasibət bildirib. Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin istefasına münasibət bildirib.

AYB-dən Behrudinin istefasına reaksiya: “Gedir getsin də...”

Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin istefasına münasibət bildirib.


Birliyin katibi, Xalq şairi Fikrət Qoca AzNews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib: "Neyləyək? Ayrılır ayrılsın da... Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib, gedib qapısını kəsdirməliyik? Bəlkə Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir".

F.Qoca R.Behrudiyə uğurlar arzulayıb: "İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq!?"

Qeyd edək ki, şair Rüstəm Behrudi AYB-dən istefa verib.

Bahar RÜSTƏMLİ
AzNews.az