Hollivudun ən məşhur cütlüklərindən biri olan Ancelina Coli və Bred Pitin boşanması xəbəri günlərdir gündəmdən düşmür. Ulduz cütlüyün boşanma səbəbi kimi çox sayda ehtimal nəzərdən keçirilir. Hollivudun ən məşhur cütlüklərindən biri olan Ancelina Coli və Bred Pitin boşanması xəbəri günlərdir gündəmdən düşmür. Ulduz cütlüyün boşanma səbəbi kimi çox sayda ehtimal nəzərdən keçirilir.

Evli qadın Bred Pitdən hamilə imiş - Daha bir şok iddia

Hollivudun ən məşhur cütlüklərindən biri olan Ancelina Coli və Bred Pitin boşanması xəbəri günlərdir gündəmdən düşmür. Ulduz cütlüyün boşanma səbəbi kimi çox sayda ehtimal nəzərdən keçirilir.


AzNews.az xəbər verir ki, "The Sun" qəzeti Bred Pitin məşuqəsi olduğu düşünülən Marion Kotiyyarın ondan hamilə olması barədə xəbər dərc edib. Pitt və Kotiyyarın "Müttəfiqlər" filmində birgə rol alan zaman sevgi münasibətlərinə başladığı ehtimal edilir.



Qeyd edək ki, ötən gün açıqlama verən Marion Qiyom Kane ilə 10 illik ailəli olduğunu və ikinci övladına hamilə olduğunu bildirmişdi.

Xatırladaq ki, sentyabrın 20-də Colinin vəkili aktrisanın boşanma barədə ərizə verdiyini açıqlayıb. Boşanma səbəbi kimi isə cütlük arasındakı fikir ayrılığı göstərilib. Ancelina uşaqların himayəsi hüququnun özündə saxlanılmasını tələb edib.

KİV-lərdə Bred Pitin uşaqlarına qarşı şiddət tətbiq etdiyi və bu barədə cinayət işi başladıldığı barədə məlumat verilib.

Aydan