Daşkəsən rayonunda bıçaqlanma hadisəsi olub. Daşkəsən rayonunda bıçaqlanma hadisəsi olub.

Daşkəsəndə bıçaqlanma

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi olub.


Rayonun Əmirvar kənd sakini Ərəstun Zeynalov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Sərxoş halda olan yaralı dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA.az