Başqırd Teatrının yeni mövsümdə ilk balet premyerası görkəmli Azərbaycan bəstəkarı, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti olacaq. Başqırd Teatrının yeni mövsümdə ilk balet premyerası görkəmli Azərbaycan bəstəkarı, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti olacaq.

Arif Məlikovun “Məhəbbət əfsanəsi” - Başqırd səhnəsində

Başqırd Teatrının yeni mövsümdə ilk balet premyerası görkəmli Azərbaycan bəstəkarı, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti olacaq.


Balet oktyabrın 29-30-da nümayiş etdiriləcək, hələlik isə əfsanəvi xoreoqraf Yuri Qriqoroviçin quruluş verdiyi tamaşanın məşqləri gedir. Məşq prosesinə xoreoqrafın əvəzsiz köməkçisi, tanınmış rəqqas və pedaqoq Oleq Raçkovski rəhbərlik edir.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Yuri Qriqoroviç Ufa Teatrına premyeradan bir neçə gün əvvəl gələcək. "Məhəbbət əfsanəsi" onun Başqırd Dövlət Opera və Balet Teatrında quruluş verdiyi yeddinci tamaşa olacaq. Layihə Başkordostan Respublikası rəhbərinin qrantı ilə həyata keçirilir.

"Məhəbbət əfsanəsi" Ufada, həmçinin tamaşaya qoyulmasının 55 illiyini qeyd edəcək. Balet ilk dəfə 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Mariinsk Teatrı) nümayiş olunub.

Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin librettosunu türk şair və dramaturqu Nazim Hikmət özünün "Fərhad və Şirin" dramı əsasında yazıb. Bu dram Azərbaycan klassik poeziyasının, Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına əsaslanır. Tamaşanın premyerası 1961-ci ildə olub, ikinci premyera isə 2014-ci ildə Böyük Teatrında keçirilib. Balet Rusiyanın və dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.

Azərtac