Cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri də kredit borcuna görə insanların öz evlərini itirməsidir. Məlumdur ki, kredit borcunu ödəyə bilməyəndə insanlar əmlaklarını itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bəzi hallarda insanlar həqiqətən də borca görə öz evlərini itirir, bəzi hallarda isə vətəndaşlar evlərindən məhrum olmaq narahatçılığı yaşayırlar. Cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri də kredit borcuna görə insanların öz evlərini itirməsidir. Məlumdur ki, kredit borcunu ödəyə bilməyəndə insanlar əmlaklarını itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bəzi hallarda insanlar həqiqətən də borca görə öz evlərini itirir, bəzi hallarda isə vətəndaşlar evlərindən məhrum olmaq narahatçılığı yaşayırlar.

Bank evinizi əlinizdən ala bilərmi? - Ekspert şərhi

Cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri də kredit borcuna görə insanların öz evlərini itirməsidir. Məlumdur ki, kredit borcunu ödəyə bilməyəndə insanlar əmlaklarını itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bəzi hallarda insanlar həqiqətən də borca görə öz evlərini itirir, bəzi hallarda isə vətəndaşlar evlərindən məhrum olmaq narahatçılığı yaşayırlar.


Məsələ ilə bağlı Total Consulting MMC-nin eksperti Fikrət İbrahimova müraciət etdik. Ekspert AzNews.az-a bildirdi ki, qeyd edilən məsələ insanları ən çox narahat edən və hətta deyərdim ki qorxudan problemdir: "İnsanlar banklar qarşısında öz öhdəliklərini yerinə yetirə bilməyəndə şüuraltı olaraq özlərinə məxsus əmlaklarını itirmək riskini anlamağa başlayırlar. Həqiqətən də "İcra haqqında" Qanuna görə məhkəmə qərarları və digər icra sənədlərinə əsasən icra qurumları tərəfindən borcluların əmlakı barədə məlumat toplanır və onları yönəltmə prosesi başlanır. Lakin burada psixoloji olaraq, insanların özlərinin ayrı-ayrı əmlaklarına münasibətdə olan fərqliliyi və həssaslığı mütləq nəzərə alınmalıdır. Belə ki, insanların öz əmək haqqının bir hissəsinin və ya mülkiyyətində olan nəqliyyat vəsaitinin itirilməsinə münasibəti, yaşadığı evin itirilməsi ilə eyni deyil və müxtəlif sosial problemlər və reaksiyalar yaradır. Bu fərqli reaksiyalar da əsassız deyil. Belə ki, borcu olan vətəndaşların əksər hallarda son və bir çox hallarda tək əmlakı elə onların yaşadığı evlər və ya mənzillər olur. Praktikada bəzi hallarda hətta bank işçiləri tərəfindən borclulara borclarını ödəməsələr evlərini itirə biləcəkləri barədə şifahi xəbərdarlıqlar edilir. Bu xəbərdarlıqlar bir çox hallarda əsassızdır və borcluya psixoloji təsir etmək məqsədi güdür".

Ekspertin sözlərinə görə, bir sıra hallarda vətəndaşın evini itirməsi qanuni ola bilər: "Belə ki, İpoteka haqqında qanunvericiliyin tələblərinə əsasən yalnız şəxs, özü könüllü şəkildə evini və ya mənzilini götürdüyü kreditin təminatı kimi qoyarsa və ya kredit müqaviləsində kreditin götürülməsi evin tikilməsi və alınması məqsədilə verilməsi müddəası göstərilərsə, o zaman borcunu ödəyə bilməyəndə evini itirmək təhlükəsi ilə üzləşə bilər. Yəni burada söhbət borclunun öz iradəsi ilə könüllü şəkildə evini təminat qoyduğu hallardan gedir. Burada qanunvericiliyin məntiqi ondan ibarətdir ki, vətəndaş öz arzusu ilə öz mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmək hüququna malik olduğundan öz əmlakını öz riski ilə təminat göstərə bilər.

Lakin vətəndaş evini, götürdüyü kreditin təminatı kimi göstərməmişsə borcun yaşayış sahəsinə yönəlməsi qaydası Nazirlər Kabinetinin Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə 05 iyun 2002-ci il tarixli, 89 №-li Qərarı ilə tənzimlənir. Bu Qərarda şəxslərin borclarına görə onların hansı əmlaklarına tutma yönəldilməsinin qadağan olunması dəqiq göstərilmişdir. Borca görə yönəltmənin qadağan olunduğu əmlaklardan biri də, borclunun yaşadığı və yeganə olan ev və ya mənzilidir. Yəni vətəndaşlar bilməlidir ki, kredit borclarının sayından və ya miqdarından aslı olmayaraq heç bir halda onların yeganə yaşayış evlərinə tutma yönəldilə bilməz və evləri əlindən alına bilməz".

Hüquqşünas belə bir halda vətəndaşa nə etməli olması ilə bağlı məsləhət də verib:
"Bəzi bank əmədaşlarının bu cür hədələrinə heç bir halda narahat olmayın və bilin ki, qanunveriliyimiz öz istəyi olmadan insanların evlərini əlindən alınmasını qadağan edir. Əgər belə əsassız xəbərdarlıqlar davam edərsə müvafiq bankın rəhbərliyinə və hətta xəbərdarlıqların xarakterindən asılı olaraq hüquq-mühafizə orqanlarına müraciət edin".

Total Consulting MMC
Ünvan: Təbriz küçəsi 100A, Bakı, Azərbaycan
Tel: (+994 12) 496 19 17; Faks: (+994 12) 496 06 22
Mob: (+994 55) 230 65 44