"Azərbaycan-Ermənistan arasında normallaşma prosesi onları qane etmir" - Əli Mustafayev

“Ermənistanda baş verən hadisələrin formal, görsənən tərəfi bundan ibarətdir ki, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi onları qane etmir. Dörd kəndin Azərbaycana qaytarılmasına onlar etiraz edirlər. Dolayısı ilə hesab edirlər ki, Azərbaycan kəndləri Ermənistana qalmalı idi. Ermənistan işğal etdiyi kəndləri sanki özəlləşdiribmiş kimi, yaxud saxlamalı imiş kimi bir tövrlə ortaya çıxıblar. Ancaq təbii ki, əslində niyyət bundan istifadə edib Türkiyənin qaytarılmasından bir qara piar kimi faydalanıb, etirazçı kütləni tədricən çoxaldaraq Paşinyana qarşı ciddi bir xalq ayaqlanmasını təşkil etməkdir. Əlbəttə, bu ayaqlanma da böyük ehtimalla bir neçə variantlar nəzərdə tutulub. Mümkündür ki, gözdən salmağa çalışacaqlar və onun xəyanətkar olduğunu, Azərbaycana, Türkiyəyə işlədiyini deməyə çalışacaqlar. Eyni zamanda bu prosesdə həm də Paşinyana dəstək verən qüvvələrin güvənli olmadığını, hər fürsətdə diqqətə çatdırmağa çalışacaqlar”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

O qeyd edib ki, xeyli sayda narazı olan insanı bir araya gətirə bilsələr, bu yürüşün sonunda onlar İrəvanda artıq Paşinyana qarşı üsyana qalxacaqlar və yaxud da onu istefaya zorlamağa cəhd edəcəklərini deyə bilərik.

“Hər halda məqsəd indiki hakimiyyəti devirməkdir. Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyanın da dediyi kimi, etirazçıların məqsədi hakimiyyətə gəlib yeni müharibə başlatmaq və məğlub olub Rusiya hərbçilərini Ermənistana dəvət etmək ola bilər. Əlbəttə bu savaşı açacaqları təqdirdə məğlub olmaq şansı daha çoxdur. Beləliklə də məğlub vəziyyətə düşəcəkləri təqdirdə isə Rusiyanın yenidən regiona və Ermənistana dəvət olunmasını, müdafiə etməsi üçün Rusiyanın yenidən bura çağırmalarını təmin bilərlər. Bəlkə də ssenarilərdən biri də elə məhz belədir. Ermənistan bir formada bölgədə qalmaq istəyir və bölgədə qalmağın da, bəlkə də ən optimal şanslarından biri zəif halqa olan Ermənistan üzərindən yenidən bura qayıtmaqdır. Onlar məğlub olur və məcbur Rusiyanı dəvət edirlər. Rusiyada gəlir, atəşkəs saxlayır. Azərbaycanın hücumlarının qarşısını alır və Ermənistanda oturur. Qərbin də buradakı ssenariləri necə dəyərlər, pozulur. Hesab edirəm ki, bu təhlükəli ssenarilər böyük ehtimalla belə hazırlanıb”.

Rəfiqə NAMAZƏLİYEVA