Özbəkistanda prezident seçkilərində namizəd özünə səs verdi Özbəkistanda prezident seçkilərində namizəd özünə səs verdi

Prezidentliyə namizəd jurnalistlərə etiraf etdi

Özbəkistanda prezident seçkilərində namizəd özünə səs verdi


AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Özbəkistanda Xalq demokratiyası partiyasının lideri, prezidentliyə namizəd Xatamjon Ketmonov jurnalistlərə müsahibəsində etiraf edib ki, seçki qutusuna öz adını salıb:

"Əhval-ruhiyyəm yaxşıdı.Bütün namizədlər özünə səs verir.Mən də həmçinin."

Artıq, bütün namizədlər səs veriblər.

Özbəkistanda prezident seçkiləri baş tutmuş sayılır. Yerli vaxtla saat 11:00-dək seçicilərin 33,73 faizi səs verib.

Özbəkistan MSK-nın sədri Uluqbəy Abdusalomov keçirilən son brifinqdə bildirib ki, seçicilərin 33 faizdən çoxu səs veribsə, seçki baş tutmuş sayılır.