“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi açılıb. “Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi açılıb.

Zavoddakı partlayışla bağlı cinayət işi açıldı

“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi açılıb.




Baş Prokurorluğun mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, sentyabrın 15-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Baku Steel Company" MMC-nin oksigen sexində hava ayrıcı qurğunun əsaslı təmiri zamanı baş vermiş partlayış nəticəsində həmin sexin rəisi Hüseynov Rasim Cümşüd oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2-ci poladəritmə sexində operator işləyən Bayramov Sahil Nəriman oğlu və həmin sexdə bənna işləyən Ağayev Zəfər Rəhman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq "Baku Medical Plaza" klinikasına yerləşdiriliblər.

Rayon prokurorluğunun əməkdaşları tərəfindən texniki-təhlükəsizlik üzrə ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


AzNews.az