Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfrans keçirib. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfrans keçirib.

Onlar siyasi partiyaların toplantısına qatılmadı - Siyahı

Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfrans keçirib.



APA-nın məlumatına görə, tədbirdə çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, tədbirə bütün siyasi partiya rəhbərləri, nümayəndələri dəvət olunsa da, müəyyən şəxslər iştirak etmir. O qeyd edib ki, ölkədəki son həbslər siyasi partiyaları bir araya gəlməyə və durumu dəyərləndirməyə məcbur edir.

Müsavat başqanı İsa Qəmbər çıxışında deyib ki, yaranmış vəziyyət hakimiyyətlə yanaşı, daxili və xarici amillərlə də bağlıdır: "Bəzi qüvvələr ölkədəki vəziyyətin dəyişməsi üçün müxalifətin dəyişməsini istəyir. Bu yanaşmalar məntiqsizdir".

Sonra ADP sədri Sərdar Cəlaloğlu, Arif Hacılı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ALP sədri Əvəz Temirxan və QHT nümayəndələri çıxış ediblər.

Qeyd edək ki, AXCP və VHP təmsilçiləri, eləcə də Milli Şuranın sədri Cəmil Həsənli tədbirə qatılmayıb.


AzNews.az