Amerikanın məşhur gündəlik qəzeti olan “New York Times” Türkiyədən İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına qoşulanlarla bağlı verilən yazıya düzəliş edib. Amerikanın məşhur gündəlik qəzeti olan “New York Times” Türkiyədən İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına qoşulanlarla bağlı verilən yazıya düzəliş edib.

“New York Times” Ərdoğandan üzr istədi - FOTO

Amerikanın məşhur gündəlik qəzeti olan “New York Times” Türkiyədən İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına qoşulanlarla bağlı verilən yazıya düzəliş edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən yazı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazirin Ankaradakı Hacıbayram Məscidindən çıxarkən çəkilən fotosu ilə dərc olunmuşdu.

Sonradan isə həmin yazıya düzəliş edilib. Qəzet öz saytında həmin fotonun yanlışlıqla o yazıya verildiyini bildirib: "Nə həmin məscid, nə də prezidentin ora səfəri yazıda bəhs edilən İŞİD könüllülərinə aidiyyəti yoxdur". Ceylan Yeginsunun imzasıyla verilən yazıda bildirilib ki, terrorist qruplaşması olan İŞİD-ə Türkiyədən qoşulanlar daha çoxdur.

Qeyd edək ki, bu yazıdan sonra R. Ərdoğan sərt açıqlama verərək, bunu "ədəbsizlik", "alçaqlıq" adlandırıb.



Xəyalə
AzNews.az