“Adil Vəliyevin ölkəni tərk etməsi cəfəngiyatdır. O, hazırda işinin başındadır”. “Adil Vəliyevin ölkəni tərk etməsi cəfəngiyatdır. O, hazırda işinin başındadır”.

Adil Vəliyevin ölkəni tərk etməsi ilə bağlı xəbərə İH-dən - Açıqlama

“Adil Vəliyevin ölkəni tərk etməsi cəfəngiyatdır. O, hazırda işinin başındadır”.



Bunu Sabunçu rayon İcra Hakimiyyətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, İcra başçısının işdən azad olunması, işə çıxmaması və hətta ölkəni tərk etməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və bu Adil Vəliyevə qarşı təxribatdır: "İcra başçısını işdən azad etmək cənab Prezidentin səlahiyyətində olan məsələdir və bu, onun sərəncamı ilə həyata keçirilir. Hamı bilir ki, bu barədə hansısa bir sərəncam imzalanmayıb. Bir daha qeyd edirik ki, Adil Vəliyev Bakıdadır, rayonumuzda aparılan abadlıq və yenidənqurma işlərilə əlaqədar ərazidədir".

Xəyalə Mahmudova