"Bu gün neft-qaz sahəsində yeni bir komanda formalaşıb. Bu komandanın üzvlərinin hamısı indi bu zaldadır. Əminəm ki, bu komanda uğur qazanacaq və bizim komandamız qalib gələcək". "Bu gün neft-qaz sahəsində yeni bir komanda formalaşıb. Bu komandanın üzvlərinin hamısı indi bu zaldadır. Əminəm ki, bu komanda uğur qazanacaq və bizim komandamız qalib gələcək".

İlham Əliyev: “Qalib gələcəyik“

"Bu gün neft-qaz sahəsində yeni bir komanda formalaşıb. Bu komandanın üzvlərinin hamısı indi bu zaldadır. Əminəm ki, bu komanda uğur qazanacaq və bizim komandamız qalib gələcək".


Anspress-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün Əsrin müqaviləsinin 20 illiyi və "Cənub" qaz dəhlizinin təməl qoyma mərasimi ilə əlaqədar keçirilən tədbirdə deyib.

Dövlət başçısı bildirib ki, "Şahdəniz" qaz yatağı "Cənub" qaz dəhlizi üçün əsas resurs mənbəyidir, amma bizim ehtiyatlarımız daha da çoxdur: "Təkcə təsdiqlənmiş qaz ehtiyatlarımız 2,5 milyard kub metrdir. Amma ehtimal olunan ehtiyatlarımız 4-5 milyard kub metr civarındadır".

Prezident İlham Əliyev 20 sentyabrın Azərbaycan üçün tarixi gün olduğunu qeyd edib. O bildirib ki, 20 il əvvəl bu gün Əsrin müqaviləsi imzalanmışdı. O vaxt Azərbaycan tanınmayan bir ölkə idi. Bu gün isə 21-ci əsrin layihəsinin əsası qoyulur:"Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün rolu getdikcə artır. Neft-qaz resursları Azərbaycan üçün əlaqə resursdu. Bu, bizə imkan verir ki, öz vəsaitlərimizi digər layihələrə cəlb edək. Azərbaycan TAP-da və TANAP-da böyük paya malikdir və öz hissələrini özü maliyyələşdirir".

İlham Əliyev əlavə edib ki, bu layihədə uduzan tərəf olmayacaq: "Həm istehsalçılar, həm də tərəfdaşlar bu layihədə yalnız qazanacaq. Avropanın enerji təhlükəsizliyini təmin edəcək iqtisadi siyasəti siyasətdən ayırmaq olmaz. Bu gündən isə Azərbaycanın Avropa enerji təhlükəsizliyinə rolu daha da artacaq".