Xalq artisti, görkəmli aktyor Rasim Balayevin AzNews.az –a dünən verdiyi açıqlamaya sənət adamları tərəfindən reaksiya gəlib. Aktyorun işsiz qalması, evə qapanması və çox darıxdığını bəyan etməsi birmənalı qarşılanmayıb. Xalq artisti, görkəmli aktyor Rasim Balayevin AzNews.az –a dünən verdiyi açıqlamaya sənət adamları tərəfindən reaksiya gəlib. Aktyorun işsiz qalması, evə qapanması və çox darıxdığını bəyan etməsi birmənalı qarşılanmayıb.

“Hamımız Rasim Balayevin günündəyik” – Fuad Poladov

Xalq artisti, görkəmli aktyor Rasim Balayevin AzNews.az –a dünən verdiyi açıqlamaya sənət adamları tərəfindən reaksiya gəlib. Aktyorun işsiz qalması, evə qapanması və çox darıxdığını bəyan etməsi birmənalı qarşılanmayıb.




Xalq artisti Fuad Poladov AzNews.az-a açıqlamasında bildirdi ki, həmkarı Rasim Balayevin bu gün çəkiliş meydanlarından kənarda qalmasında qeyri-adi heç nə yoxdur: "Mən Rasim Balayevin filmlərə çəkilməməsinə normal baxıram və normal da qarşılayıram. Biz səhnəyə gələndən kifayət qədər filmlərdə rol almışıq. Nələrsə yaratmamışıq. Bu gün isə başqa zamandır, meydan gənclərə verilib. Biz elə iki ildən bir hansısa bir rolda oyanırıq. Gərək ssenari olsun. Ssenari olmayandan sonra harada oynayaq? İstər Rasim Balayev, istərsə də mənə uyğun rol olmalıdır ki, bizi dəvət etsinlər. Əslində hamımız Rasim Balayevin narazılıq etdiyi problemi yaşayırıq, onun günündəyik: mən özüm də hardasa iki ildir çəkilmirəm. Amma bu o demək deyil ki, nəsə baş verir. Tamaşalarla məşğulam, dərs deyirəm, bir sözlə, başımı qatıram, günümü yola verirəm. Əgər bizim kimi aktyorlar bu gün filmlərdən kənarda qalırıqsa, bu artıq rejissorların problemidir. Əgər uyğun rol olarsa, çəkərlərsə əla, çəkməzlərsə də canları sağ olsun. Bunu dərd etməyə dəyməz".


Kinorejissor Eldəniz Quliyevin fikrincə, hazırda Rasim Balayevin ampuluasına və imkanlarına uyğun gələn bədii filmlər demək olar ki, çəkilmir: "Çəkilən seriallar, eləcə də bədii kino filmlərin səviyyəsi, bədii-estetik qayəsi, o cümlədən peşəkarlıq "planka"sı olduqca aşağıdır. Belə filmlərə yüksək kolibirli aktyorları az dəvət edirlər, çox zaman isə belə aktyorlar ömürləri, əsəbləri, sağlamlıqları, təbii ki, həm də istedadları bahasına qazandıqları xalq sevgisini, tamaşaçı rəğbətini itirməmək üçün bu sayaq yüngül təkliflərdən imtina edirlər. Hər sahədə olduğu kimi, təəssüf ki, kino incəsənəti sahəsində də qeyri-peşəkarlardan qurtulmaq və köklü islahatlar keçirtmək zəruridir. Bu islahatlarda isə yeganə meyar istedad olmalıdır".


Aktyor Kamran Yunus isə deyir ki, sənətlin ucuzlaşdığı məqamda bu cür böyük sənətkarlara ehtiyac qalmayıb: "Rasim müəllim həqiqətən də böyük sənətkar və işini bilən aktyordur. Sadəcə olaraq sənətin ucuzlaşdığı məqamda bu cür böyük sənətkarlara ehtiyac qalmayıb. Çünki, ona tapşırıq verə biləcək, yəni bu cürəti özündə tapa bilən rejissor da azdır. Amma ən önəmlisi işin maddi tərəfidir. Mən Rasim müəllimi çox gözəl başa düşürəm. Çünki eyni həyatı yaşayıram. Budur bizim gerçəkliyimiz. Allah saf işlə çörək yeyənlərə səbr versin. Öz dəyərini bilənlərə kömək olsun".

Bahar RÜSTƏMLİ
AzNews.az