ŞİRKƏTİN İSTEHSAL ETDİYİ SÜD NECƏ QATIĞA ÇEVRİLİR... ŞİRKƏTİN İSTEHSAL ETDİYİ SÜD NECƏ QATIĞA ÇEVRİLİR...

SOS: “Atena” məhsullarına təhlükəli maddələr qatılır - VİDEO

ŞİRKƏTİN İSTEHSAL ETDİYİ SÜD NECƏ QATIĞA ÇEVRİLİR...



"Atena" süd məhsullarının istehsalında insan sağlamlığı üçün təhlükəli olan maddələrdən istifadə olunur. Bu barədə iddialar "Atena" məhsullarından bir neçə dəfə zəhərlənmə faktlarından sonra meydana gəlib.
Bununla bağlı araşdırma aparan AzNews.az-ın əməkdaşları maraqlı fakt əldə edib. "Bizim market" mağazalar şəbəkəsindən aldıqları 0 faizli südü istifadə edərkən tərkibinin tamamilə dəyişdiyinin, qatıq halını aldığının şahidi olublar.
Südün üzərində saxlanma müddəti və digər göstəricilər yerində olub.
Belə olan halda, süd qatığa neçə çevrilib? Bu, nəyin göstəricisidir?
Məsələ ilə bağlı Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az –a bildirib ki, südün qatığa çevrilməyinin iki səbəbi ola bilər. Onun sözlərinə görə, əgər südün saxlanma şəraiti pozulduqda və istifadə müddəti az olduqda südün qatığa çevrilməsi normaldır: "Lakin südün üzərində saxlanma tarixi 1 ay kimi göstərilibsə, deməli həmin məhsulun qatığa çevrilməsi kimyəvi qatqıların nəticəsində baş verib. Həmin kimyəvi maddələrin sayəsində süd məhsulu qatığa çevrilib. İstehsalçıların hansı kimyəvi maddələrdən istifadə etdiyini deyə bilmərəm. Amma onu deyim ki, ağartı məhsullarına qatılan kimyəvi qatqılar insan ömrünü qısaldır".

Xatırladaq ki, 2011-ci ildən fəaliyyətə başlayan "Atena" MMC süd və süd məhsulları bazarında 40 artıq müxtəlif çeşidli məhsul istehsal edir. Süd, ayran, qatıq, xama, pendir, kərə yağlarının hər birinin bir neçə cür növü istehsal olunur.








AzNews.az