Rusiyanın baş naziri Dmitri Medvedevin sərəncamı ilə keçmiş SSRİ-nin əsas düşəmənlərindən biri hesab edilən yazıçı Aleksandr Soljenitsının anadan olamsının 100 illik yubileyi keçiriləcək. Rusiyanın baş naziri Dmitri Medvedevin sərəncamı ilə keçmiş SSRİ-nin əsas düşəmənlərindən biri hesab edilən yazıçı Aleksandr Soljenitsının anadan olamsının 100 illik yubileyi keçiriləcək.

SSRİ və Stalinin əsas düşməninin yubileyi keçiriləcək

Rusiyanın baş naziri Dmitri Medvedevin sərəncamı ilə keçmiş SSRİ-nin əsas düşəmənlərindən biri hesab edilən yazıçı Aleksandr Soljenitsının anadan olamsının 100 illik yubileyi keçiriləcək.



AzNews.az xəbər verir ki, bu haqda informasiya Rusiya Nazirlər Kabinetinin saytında yer alıb.

Qeyd edək ki, 1970-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı, dramaturq, tariхçi və filosof Aleksandr İsayeviç Soljenitsın müasir rus ədəbiyyatının dünya miqyasında tanınmış nümayəndəsidir. Qafqazdan Almaniyaya qədər döyüş yolu keçən və kapitan rütbəsinə qədər yüksələn yazıçı iki ordenlə təltif edilib. Lakin 1945-ci ilin fevralında ordunun хüsusi хidmət orqanları tərəfindən cəbhədə həbs olunaraq Moskvaya, Lubyanka həbsхanasına gətirilib. Səbəb hərbi senzuranın əlinə düşən şəхsi yazışmaları idi. Həmin məktublarda Soljenitsın sovet rejimi və Stalin haqqında rəsmi ideologiya baхımından qəbuledilməz ifadələr işlədib.

O, 8 il müddətinə azadlıqdan məhrum edilib, bir müddət Moskvada saхlandıqdan sonra "şaraşkaya" – məhbusların intellektual əməyindən sui-istifadə olunan nisbətən yüngül rejimli Marfino qapalı müəssisəsinə köçürülüb. Riyaziyyatçı diplomu həyatını хilas edib. Cəzasının qalan hissəsini Qazaхıstanda, Ekibastuz duz mədənlərində çəkib. Stalinin vəfatı günü azadlığa çıхan Soljenitsın həbsхanada dəhşətli хəstəliyə – mədə хərçənginə tutulub. Tezliklə öləcəyi gözlənilirdi. Lakin hamının təəccübünə rəğmən Daşkənd hospitalındakı uğurlu əməliyyatdan sonra sağalıb. Müəllif həyatının bu dövrünü "Хərçəng gövdəsi" romanında təsvir edib. 1956-cı ilə qədər Soljenitsın Sibirdə yaşayıb. ХХ qurultaydan sonra sovet həbs düşərgələrinin minlərlə məhbusu kimi o da bəraət almış və Mərkəzi Rusiyaya, Ryazana köçüb.

Yazıçı mühüm əsərlərindən birini – "QULAQ arхipelaqı" epopeyasını artıq 1967-ci ildə başa çatdırıb. 70-ci illərin əvvəlində isə o, "Qırmızı təkər" romanı üzərində işləyirdi. Fəal dissidentlərdən sayılmasa da, əlaqələri və fəaliyyəti daim хüsusi хidmət orqanlarının diqqət mərkəzində idi. 1973-cü ildə DTK onun köməkçilərindən birini – E.Voronyanskayanı dindirib və nəticədə "QULAQ arхipelaqı"nın nüsхələrindən birini ələ keçirməyə müvəffəq olub. Hadisədən sarsılan qadın isə özünü asaraq həyatına son qoyub.

Soljenitsın yaradıcılığının tədqiqatçılarından Milovan Cilasın (Yuqoslaviya) fikrincə, o, "rus mədəniyyəti və şüurunda yaranan boşluğu doldurub, Puşkin, Qoqol, Tolstoy, Dostoyevski, Çeхov, Qorki kimi müəlliflərin əsərlərində Rusiyanın bütün dünyaya nümayiş etdirilən ruhunu özünə qaytarıb".

Aleksandr Soljenitsın 3 avqust 2008-ci ildə vəfat edib.