Metropolitenə yeni qatar gətiriləcək. Artıq bununla bağlı Fransanın Alstom şirkətilə müqavilə imzalanıb. Metropolitenə yeni qatar gətiriləcək. Artıq bununla bağlı Fransanın Alstom şirkətilə müqavilə imzalanıb.

Metropolitenə kondisionerli qatarlar gətirilir - Açıqlama

Metropolitenə yeni qatar gətiriləcək. Artıq bununla bağlı Fransanın Alstom şirkətilə müqavilə imzalanıb.


Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O, bildirib ki, Bənövşəyi xəttin ilk stansiyaları olacaq Avtovağzal və Memar Əcəmi -2 stansiyalarının platformaları 7 vaqon üçün nəzərdə tutulsa da, ilk etapda 5 vaqonluq qatarlardan istifadə olunacaq.

"Hər biri 5 vaqondan ibarət 3 qatardan, yəni ümumilikdə 15 vaqondan istifadə edilməsi nəzərdə tutulub. Qatarlar müasir standartlara cavab verən, güclü ventilyasiya, havalandırma, kondisioner sistemilə təchiz olunacaq. Həm görünüşü, həm də rahatlığı və təhlükəsizliyi baxımından müasir tələblərə cavab verən vaqonlar olacaq. 12 may 2014-cü il tarixində Bakıda keçirilən Fransa -Azərbaycan biznes forumunda Fransanın Alstom şirkətilə bu barədə anlaşma memarandumu imzalanmışdı. Böyük ehtimalla yeni vaqonlar da həmin şirkətdən alınacaq", -deyə QSC rəsmisi bildirib.

Gültəkin ƏLƏSGƏR
AzNews.az