Azərbaycanın gənclər və idman naziri və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasında “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib. Azərbaycanın gənclər və idman naziri və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasında “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib.

“Bakı 2015“ Avropa Oyunlarının təqdimatı keçirildi – BMT-də

Azərbaycanın gənclər və idman naziri və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov ABŞ-ın Nyu York şəhərində BMT Baş Assambleyasında “İnkişaf və sülh naminə idman” mövzusunda çıxış edib.



AzNews.az xəbər verir ki, bu məlumat BAOƏK-dan Trend-ə verilib.

Azad Rəhimov 2015-ci il iyun ayında Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan danışıb:
"Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanıb. 17 gün ərzində davam edəcək Avropa Oyunlarında Avropadan 6 mindən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaqlar. Avropa Oyunlarına hazırlaşmaq üçün az vaxtımızın olmasına baxmayaraq, ölkəmiz bu İlk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir", - deyə Azad Rəhimov bildirib.

A.Rəhimov "Bakı 2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın rəhbərliyindən bəhs edib.

O, Avropa Oyunlarının Azərbaycana qoyacağı mirasdan və "Bakı 2015" üçün tikilən yeni idman obyektlərinin uzunmüddətli əhəmiyyətindən danışıb: "Orta yaşı 30.1 olmaqla ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40%-i 24 yaş altındadır. Bu cür statistik göstərici ilə biz xalqımızı gözəl idman infrastrukturları ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik. Faktiki olaraq, təkcə son 10 il ərzində bütün ölkə ərazisində 50-dən çox dünya standartlarına cavab verən idman obyekti inşa etmişik. Bu idman infrastrukturları əhalimizin idman obyektlərindən istifadəsini təmin edir və fərdlər üçün tamamilə ödənişsizdir".