Human Rights Watch (HRW) təşkilatı Ukrayna qoşunlarını bu ayın əvvəlində Donetskin atəşə tutulması zamanı kasset bombalarından istifadə etməkdə suçlayıb. Human Rights Watch (HRW) təşkilatı Ukrayna qoşunlarını bu ayın əvvəlində Donetskin atəşə tutulması zamanı kasset bombalarından istifadə etməkdə suçlayıb.

Ukraynanın şərqində kasset bombalardan istifadə olundu

Human Rights Watch (HRW) təşkilatı Ukrayna qoşunlarını bu ayın əvvəlində Donetskin atəşə tutulması zamanı kasset bombalarından istifadə etməkdə suçlayıb.




AzNews.az xəbər verir ki, Ukraynanın şərqində Donetsk də daxil olmaqla 10-dan çox yaşayış məntəqəsi oktyabrın əvvəlində kasset bombalarından atəşə tutulub.

Hüquq müdafiəçilərinin sözlərinə görə, həmin hadisələrə görə qarşı duran tərəflərdən hansının məsuliyyət daşıdığını birmənalı olaraq müəyyənləşdirmək mümkün olmasa da bəzi hallarda kasset mərmilərdən Ukrayna hökümət qüvvələrinin istifadə etdiyinə dair dəlillər var.

Qeyd edək ki, oktyabrın 2-də Donetskin raketlərlə artilleriyə atəşinə tutulması zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin 38 yaşlı isveçrəli əməkdaşı Laurent DuPasquier kasset başlıqlarla təchiz olunmuş raket atəşi nəticəsində həlak olub.

Ukrayna Müdafiə və Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Andrey Lısenko isə Kiyevdə keçirdiyi brifinq zamanı HRW hesabatında göstərilmiş nəticələri rədd edərək, "Ukrayna qoşunlarının yaşayış massivlərini" atəşə tutmadığını bildirib.

Eyni zamanda HRW təsdiqlənməmiş xəbərlərə əsaslanaraq kasset mərmilərdən rusiyapərəst separatçıların da istifadə etdiyini bildirib.

AzNews.az