Bakının Xətai rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. Bakının Xətai rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.

Bakıda iki maşın toqquşdu - Xəsarət alan var

Bakının Xətai rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.



APA-nın məlumatına görə, qəza Nobel prospektində qeydə alınıb. Qəza zamanı "10 KH 908" dövlət nömrə nişanlı "VAZ 2109" la "10 DP 802" nömrəli "VAZ 2107" toqquşub. Nəticədə "VAZ 2109" sürücüsü 1990-cı il təvəllüdlü Murtuza Tağıyev xəsarət alıb. Yaralı ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Qəza zamanı hər iki maşın yararsız hala düşüb. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşlarının verdiyi məlumata görə, qəzaya kimin səbəb olduğu təhlükəsiz şəhər kamerasına baxıldıqdan sonra müəyyən olunacaq.

Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
image description image description image description image description image description