“Müsavat partiyasının Qubadlı rayon təşkilatından Məhəbbət Muradovun qovulması barədə məlumatım yoxdur”. “Müsavat partiyasının Qubadlı rayon təşkilatından Məhəbbət Muradovun qovulması barədə məlumatım yoxdur”.

Müsavatın Qubadlı rayon təşkilatında nə baş verir?

“Müsavat partiyasının Qubadlı rayon təşkilatından Məhəbbət Muradovun qovulması barədə məlumatım yoxdur”.



Bunu AzNews.az-a Müsavat partiyasının sədr müavini Gülağa Aslanlı deyib.

Muradov qardaşlarının Qubadlı rayon təşkilatından qovulması nə ilə əlaqədardır sualına G.Aslanlı belə cavab verib: "Muradov qardaşlarından biri Sumqayıt şəhər, ikincisi isə Qubadlı rayon təşkilatında çalışır. Qubadlı rayon təşkilatı isə digər rayon təşkilatının üzvü olan şəxsi cəzalandıra bilməz. Təkcə bu fakt yalan məlumatı yayan şəxsin qərəzini göstərir".

Qeyd edək ki, Müsavat partiyasının üzvü Hüseyn Məlik özünün Facebook səhifəsində Məhəbbət Muradovun Qubadlı rayon təşkilatından qovulduğunu yazıb.

O, həmçinin yaxın günlərdə Müsavat partiyası qərargahının qarşısında etiraz piketi keçirilməsi təklifi ilə çıxış edib.

Bahar RÜSTƏMLİ
AzNews.az