“Müsavat partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş verən pozuntulara dair arayışa Mərkəzi Nəzarət-Təftiş Komissiyası adından təqdim edilən rəy hazırda mütəxəssislər tərəfindən araşdırılır”. “Müsavat partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş verən pozuntulara dair arayışa Mərkəzi Nəzarət-Təftiş Komissiyası adından təqdim edilən rəy hazırda mütəxəssislər tərəfindən araşdırılır”.

Qubad İbadoğlunun tərəfdarları son qərarını verəcək

“Müsavat partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş verən pozuntulara dair arayışa Mərkəzi Nəzarət-Təftiş Komissiyası adından təqdim edilən rəy hazırda mütəxəssislər tərəfindən araşdırılır”.



Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, yekun rəy noyabrın 8-də bildiriləcək: "Bu sənədə münasibəti ifadə edən yekun mövqe və bundan sonrakı dövr üçün fəaliyyət istiqamətləri barədə təkliflər noyabrın 8-də saat 17-də partiyanın mərkəzi qərargahında təqdim olunacaq".

Qeyd edək ki, Müsavat partiyasının Mərkəzi-Nəzarət Təftiş Komissiyasının (MNTK) iclasında başqanlığa sabiq namizəd Qubad İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa baxılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinmədiyi ilə bağlı rəy verilib.


Bahar RÜSTƏMLİ
AzNews.az