Ötən gün Rusiyanın Çelyabinsk şəhərində kriminal avtoritet öldürülüb. Ötən gün Rusiyanın Çelyabinsk şəhərində kriminal avtoritet öldürülüb.

Avtoriteti başından güllələdilər - VİDEO

Ötən gün Rusiyanın Çelyabinsk şəhərində kriminal avtoritet öldürülüb.



ANS PRESS-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, qətlə yetirilən kriminal aləmdə məşhur olan "Mamuka" ləqəbli gürcü Mamuka Nebieridzedir.

Rusiyanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə tanınmış avtoriter evinin qarşısında, şəxsi avtomobilindən düşərkən hücuma məruz qalıb. Naməlum bir kişi onu başından güllələyib. "Mamuka"nın başından iki dəfə atəş açılıb. Avtoritet yerindəcə keçinib.

Onun cəsədi yaşadığı binanın dəhlizində tapılıb. Bildirilir ki, Mamuka Nebieridze evinin qarşısında maşınından çıxarkən güllələnib.

Qeyd edək ki, qətlə yetirilən Mamuka Nebieridze kriminal aləmdə tanınmış simalardan olan "qanuni oğru" Raulun klanından imiş. Kriminal aləmdə onu Raulun "sağ əli" də adlandırırmışlar. O, avtomobil oğurluğu, silahların qanunsuz dövriyyəsinə, eyni zamanda oğru dəstəyə başçılıq edirmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.