And dağlarındakı çaylarda yaşayan Titicaca qurbağası, sağlamlığa çox xeyirdir. And dağlarındakı çaylarda yaşayan Titicaca qurbağası, sağlamlığa çox xeyirdir.

Qurbağanı əzib, suyunu içmək nəyə xeyirdir? - FOTOLAR

And dağlarındakı çaylarda yaşayan Titicaca qurbağası, sağlamlığa çox xeyirdir.



Bu qurbağanı yemək həm də orqanizmdə cinsi gücü artırır. Peruda artıq bu qurbağadan dərman hazırlanaraq apteklərdə satılır.

Nəsli tükənmə təhlükəsi altında olan Titicaca su qurbağası, Peruda ən populyar içki halında da satılır.

Yerli xalq sağlamlığa böyük faydaları olduğundan və cinsi gücü artırdığına görə, adətən su qurbağasını və tısbağanı bal və şəfalı otlarla birlikə mikserdə male halına gələnədək qarışdırandan sonra qəbul edirlər.


Analitik.az xarici mətbuata istinaən xəbər verir ki, hazırda Peruda bir çox kafe və restoranlarda akvariumlarda bu qurbağalar satılır.

Belə ki, müştəri sifariş edən zaman qurbağanın başı kəsilərək, dərisi sürətlə soyulub mikserə atılır.

Sonra isə maye halında müştəriyə təqim edilir.



Beynəlxalq Təbiəti Qoruma Birliyi tərəfindən nəsli kəsilməkdə olan canlılar siyahısına daxil edilən Titicaca qurbağası həm də astma, sümük xəstəliklərini sağaldır, eyni zamanda orqanizmin müqavimətini artırır.

Qurbağa suyu içən Cecilia Cajuana, bronxit xəstəliyindən məhz qurbağa suyu içəndən sonra qurtulduğunu deyir.



Alimlər isə deyir ki, Titicaca qurbağalarının suyunu çıxarıb içməyin insan sağlamlığına faydası yoxdur. Onun dərman kimi qəbul edilməsinin düzgün olmadığını vurğulayırlar.

Amma əhali deyir ki, bütün bunlar həkimlərin uydurmasıdır.

Çünki onlar bu qurbağaların nəslinin kəsilməsindən ehtiyat edirlər.


Musavat