Futbol üzrə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”in yeni baş məşqçisi Roberto Mançini özünə yeni köməkçi tapıb. Futbol üzrə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”in yeni baş məşqçisi Roberto Mançini özünə yeni köməkçi tapıb.

“Barselona”nın sabiq müdafiəçisi Bakıya gəlir?

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”in yeni baş məşqçisi Roberto Mançini özünə yeni köməkçi tapıb.



AzNews.az xəbər verir ki, italiyalı mütəxəssis "Barselona"nın sabiq müdafiəçisi Karles Puyolu köməkçi məşqçi olaraq dəvət edib.

Məlumata görə, Puyol "Barselona"da işlədiyi üçün və hazırda məşqçi lisenziyası olmadığından ona olunan təklifi qəbul etməyib.

Mançini isə qarşıdakı həftə arasında veteran futbolçuyla görüşdən sonra məsələyə aydınlıq gətirəcəyini bildirib. Əgər ikitərəfli razılıq əldə olunsa, onda Karles Puyol köməkçi rolunda "İnter"in qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"la keçirəcəyi oyunda məşqçilər skamyasında yer alacaq.