Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub. Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub.

Ramil Usubov kadr dəyişikliyi etdi

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub.



Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəsi, polis polkovnik-leytenantı Zaur Şirinov işdən azad olunaraq Yasamal RPİ-nin İstintaq şöbəsinə rəis təyin olunub. Nazirin digər əmri ilə Yasamal RPİ-nin müstəntiqi, polis mayoru Erol Əliyevin vəzifəsi artırılıb. E.Əliyev Xəzər RPİ-nin İstintaq şöbəsinə rəis təyin edilib.

DİN-in mətbuat xidməti faktı təsdiqləyib.