Azərbaycanın bəzi yerlərində sulu qar və qar yağacağı gözlənilir. Azərbaycanın bəzi yerlərində sulu qar və qar yağacağı gözlənilir.

Sulu qar və qar yağacaq

Azərbaycanın bəzi yerlərində sulu qar və qar yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 29-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşamı çiskinli az yağıntılı olma ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-5, gündüz 5-8 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 29-da hava şəraitinin rayonlarda fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq və şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.


AzNews.az