Bərdə rayonunun Qaradəmirçi kəndində kənd sakini Müşfiq Paşayevə kəsici-deşici alətlə xəsarət yetirən Vüsal Rzayev tutulub. Bərdə rayonunun Qaradəmirçi kəndində kənd sakini Müşfiq Paşayevə kəsici-deşici alətlə xəsarət yetirən Vüsal Rzayev tutulub.

Polis dünən bu şəxsləri ələ keçirdi – SİYAHI

Bərdə rayonunun Qaradəmirçi kəndində kənd sakini Müşfiq Paşayevə kəsici-deşici alətlə xəsarət yetirən Vüsal Rzayev tutulub.



AZNEWS.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Bərdə RPŞ əməkdaşları tərəfindən ələ keçirilib.

Şüvəlan qəsəbə sakini Yaşar Cəfərovun evindən qızıl sırğa oğurlayan Bakı şəhər sakini Azad Dadaşov tutulub.

Xəzər RPİ 1-ci PB əməkdaşları Səbuhi Şükürova məxsus "Mercedes" markalı avtomobildən 271 manat və 280 ABŞ dolları oğurlayan Bakı şəhər sakini İsfəndiyar Teymurovu saxlayıb.


Elşən Həsənliyə məxsus mobil telefonu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamal Məmmədovu Nəsimi RPİ 19-cu PB əməkdaşları yaxalayıb.

Nəsimi RPİ 20-ci PB əməkdaşları Bərdə rayon sakini Rahib Rəhimliyə bud nahiyəsindən bıçaqla xəsarət yetirən Bakı şəhər sakini Şərif Alıyevi tutub.

Akif Surxayevin evindən qızıl əşya oğurlayan Laçın rayon sakini Səddam İbrahimov isə Cəbrayıl RPŞ əməkdaşları tərəfindən ələ keçirilib.